Qadın xəstəlikləri və Doğuş üzrə mütəxəssis Aylin Akınçı hamilə qadınların virusdan qorunmaq üçün nələrə diqqət etməli olduqlarını açıqlayıb.
TurpKimi.com türk mediasına istinadla xəbər verir ki, koronavirusun yayıldığı (Covid-19) 2019-cu ilin dekabrından bəri bu xəstəliyin ana bətnindəki uşağa keçdiyinə dair heç bir fakta rast gəlinməyib. Ümumi qiymətləndirməyə görə isə hamilə qadınlar bu virusa tutulma riski çox olanlar arasında deyil.
Bu o demək deyil ki, hamilə qadınlar virusa yoluxa bilməz. Ona görə də əvvəlcədən profilaktik tədbirlər görməkdə fayda var.
Hamilə qadınlar resperator xətəliklərindən - qripdən qorunmalıdırlar. Koronavirusun başqa növlərindən SARS-CoV, MERS-CoV xəstəliyinin hamiləlikdə ciddi problemlərə gətirib çıxardığı sübut edilib. Ona görə də tədbirli davranmaq və bütün gigiyena qaydalarına həssaslıqla riayət etməlidirlər.
Süd verməkdən imtina etməyin
Koronavirus (covid-19) epidemiyasında bu zamana qədər erkən doğuş edən bir-iki hadisəyə rast gəlinib, ancaq bunun səbəbinin qəti şəkildə virus olduğu dəqiqləşməyib. Ana sürətli şəkildə müalicə edildiyi üçün erkən doğuşun olduğu ehtimalı çox yüksəkdir. Ananın südündən körpəyə virusun keçdiyinə dair heç bir hadisəyə rast gəlməyib. Virusa yoluxan və əmizdirmə dövründə olan anaların südündə də virus təsbit edilməyib. Bu səbəblə əmizdirməkdən çəkinməmək lazımdır. Çünki əmizdirmək körpənin immuniteti üçün çox əhəmiyyətlidir. Əgər öskürək, qızdırma, nəfəs darlığı və bədəndə əzginlik kimi əlamətlər varsa, analığa namizdlər mütləq gecikmədən həkimə müraciət etməlidirlər.
Hamilələr koronavirüsdan necə qorunmalıdırlar?
Hər kəs kimi təməl gigiyena qaydaları hamilələr üçün də çox əhəmiyyətlidir. Nizamlı olaraq sağlam və diqqətli bəslənmək, riskli mühitlərdən qaçınmaq lazımdır. Xüsusilə bu dövrdə qapalı və havasız mühitlərdən uzaq durun, mümkünsə kütləvi nəqliyyat vasitələrinə minməyin və məcbur olmadıqca xəstəxana kimi yerlərə getməyin.
- Əllər tez-tez yuyun.
- Nizamlı və sağlam bəslənin.
- Gündə ən azı 2 litr su için.
- Çöldəki əşyalara əl vurduqdan sonra əlləri yuyana qədər ağız, burun və gözlərə əl vurmayın.
- İmmunitet sisteminizi gücləndirin.
- Qrip, soyuqdəymə kimi xəstəliyi olan kəslərdən, qızdırma, öskürək kimi əlamətləri olan kəslərdən uzaq dayanın.
- Mümkünsə qucaqlaşmaq, əl ilə görüşməkdən qaçının.
- Ətrafdakı insanlarla ən azı 1 metr məsafəni qoruyun.
- Sıxlıq, izdiham olan mühitlərə mümkün olduqca girməyin, belə mühitlərdə olsanız virus qoruyucu xüsusiyyəti olan maska taxın.
- Lazım olmadıqca səyahət etməyin, xüsusilə təyyarə ilə xaricə getməyin.
- İctimai fəaliyyətlərdə iştirakı təxirə salın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
15-03-2020