Rusiyanın ali dərəcəli həkimindən açıqlama...
Koronavirusa yoluxmuş hamilə qadın xəstəliyi dölə ötürə bilməz, lakin uşaq doğuşdan sonra böyük ehtimalla xəstələnə bilər.
Bu barədə Rusiyanın ali dərəcəli həkimi, mama-ginekoloq-endokrinoloqu Yelena Velikjanina məlumat verib.
“Nəzərə almaq lazımdır ki, xəstəlik bətndə ötürülmür, lakin uşağın doğuşdan sonra xəstələnmə ehtimalı yüksəkdir”, - deyə həkim xəbərdarlıq edib.
O, bu baxımdan ilk vaxtlar körpələrin anasından təcrid olunduğunu bildirib.
“Əksər hallarda yeni doğulmuş belə uşaqların müxtəlif sağlamlıq pozğunluqları olur, onlarla neonatoloqlar məşğul olur və daha sonra pediatrların nəzarətinə götürülür”, - deyə mama-ginekoloq bildirib.
“Çox vaxt həkimlər ananın həyatını xilas etmək üçün erkən doğuşu stimullaşdırmağa məcbur olurlar; yeni doğulmuş körpələrdə yaranan sağlamlıq problemləri xəstəliklə deyil, vaxtından əvvəl doğuşla bağlıdır”, - deyə həkim izah edib.
Həkim bildirib ki, COVID-19-a ən çox peyvənd olunmamış hamilə qadınlar yoluxur.
“Peyvəndin hamiləliyə və uşağa mənfi təsir göstərdiyinə dair heç bir sübut yoxdur”, - deyə həkim sözlərini yekunlaşdırıb.
Oxu.az / TurpKimi.com