Hamiləlikdə bu balıqları yemək olmaz!


Hər yediyiniz loxmada övladınızı mütləq düşünməlisiniz...

hamilelikde-bu-baliqlari-yemek-olmaz
05.06.2023 22:40 1 dəq oxuma

“Hamiləlik dövründə bəzi dəniz məhsullarından uzaq durmaq lazımdır”.

TurpKimi.com xəbər verir ki, bunu hamilə xanımlar üçün Ginekologiya və Doğum Mütəxəssisi Prof. Dr. Səlahəddin Kumru açıqlayıb. O, bildirib ki, gələcək analar üçün sağlam qidaların qəbulu ilə yanaşı, sağlam olmayan qidaların istehlak edilməməsi də çox vacibdir.

Mütəxəssisin fikrincə, hamiləlik dövründə bəzi balıqların yeyilməsi körpədə problem yarada bilər. Məsələn, tərkibində civənin yüksək olduğu köpəkbalığı və kılınç balığı yeyildikdə civə plasentadan körpəyə keçə bilər. Bu isə dünyaya gələcək körpənin idrak qabiliyyətinə, motor və dil bacarıqlarına, həmçinin görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Firuzə Alimova / TurpKimi.com