Hamiləlikdən qorunanlar! - Mütəxəssislər xəbərdarlıq edir


Doğuma nəzarət, yəni hamiləlikdən qorunmaq üçün istifadə edilən həblər,  iynələr,  dəri altı implantlar, spiral kimi hormonal üsullardan istifadə edənlərə mütəxəssislər ciddi xəbərdarlıq edib. 

hamilelikden-qorunanlar
13.03.2019 16:25 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, həkimlərin fikrincə, qorunmaq üçün istifadə edilən  metod qadınları xərçəng edə bilər.  Yeni araşdırmanın nəticələrinə görə, doğuşa nəzarət həbləri və spiral döş  xərçəngi riskini 20 faizə qədər artırır. 
 
 

Aberdeen Universitetində danimarkalı qadınlar arasında aparılan tədqiqatda 1.8 milyon qadın orta hesabla 11 il  nəzarətdə saxlanılıb. Bu müddət ərzində 11 min 517 yeni döş xərçəngi hadisəsi aşkar edilib. Doğuşa hormonal nəzarət metodlarından daha əvvəl istifadə etmiş və ya istifadə etməyə davam edən qadınların döş xərçəngi riskinin 20 faiz  artdığı müşahidə olunub.
 
 
 
 Tədqiqatçılar daha əvvəl hormonal vasitə ilə nəzarət üsullarından 5 ildən az müddətdə istifadə edən qadınlarda risk  müşahidə etməyib. Uzun müddət istifadə edən qadınlar arasında döş xərçəngi riski isə yüksəlir, ancaq imtina etdikdən sonra,  5-10 il ərzində risk azalaraq itir.
 
 
 
Bir sözlə,  daha əvvəl 5 il müddətində hormonal vasitə ilə doğuma nəzarət üsullarından birini istifadə edirsiz və fasilə verirsiz. 5 illik fasilədə döş xərçənginə yaxalanma təhlükəsi davam edir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com