Aparılan araşdırmalar görə, doğuşu qış və yaz fəslinə təsadüf edən analar hamiləlik sonrası yaşanan postnatal depressiyaya daha az məruz qalır.
TurpKimi.com xəbər verir ki, qış ayları bir çox adam üçün qaranlıq və darıxdırıcı ola bilər, ancaq araşdırmalar bu fəslin hamilələr üçün ən yaxşı vaxt olduğunu deyir. Mütəxəssislərə görə, doğuşu qış və yaz fəslinə təsadüf edən analar hamiləlik sonrası yaşanan postnatal depressiyaya daha az məruz qalır.
Ailə dəstəyi daha çox olur
Körpə dünyaya gətirən 20 min 169 qadının tibbi qeydlərini araşdıran tədqiqat qrupları doğuşdan sonra yaşanan depressiyaya təsir edən amillərin olub-olmadığınıaraşdırıb.
Araşdırmalar nəticəsində doğuşu qış və yaz aylarına təsadüf edənlərin depressiyaya düşməsində azalma müşahidə edilib. Bu nəticənin səbəbi tam olaraq məlum deyil, amma bəzi ehtimallar var. Əsas səbəb kimi bu mövsümlərdə ailə və dostların bir-birinə daha çox vaxt ayıraraq yardımçı olması göstərilir. Həmçinin analar yenidoğulmuş körpələri ilə evdə daha yaxşı vaxt keçirirlər.
Doğuşdan sonra depressiya haqqında bunları bilməliyik
Doğuşdan sonra depressiya əksər hallarda müşahidə edilir.
Tədqiqatçılara görə, bu depressiyaya səbəb hormonal dəyişikliklər, psixoloji vəziyyət və yorğunluqdur.
Doğuşdan sonra depressiyanı göstərən əlamətlər;
Səbəbi olmayan yorğunluq və ağlama
Ailə və uşağa bağlı olan əsəbilik.
Körpənin səbəb olduğu zamanlar xaricində baş verən yuxusuzluq
Narahatlıq səviyyələrinin artması
Çarəsizlik və dəyərsizlik hissi.
Ən şiddətli hallarda intihar düşüncəsi
Bu əlamətlər əsasən analarda müşahidə edilir. Amma araşdırmalara görə, bir neçə ay ərzində 25 atadan birində də müşahidə edilə bilər.
Vüsalə Əlövsətqızı, Turpkimi.com