Hamiləykən iynə vurub ananın uşaqlarını öldürmək istədilər - Ananın tükənməz ümidi


Türkiyənin Antalya bölgəsində başlarından bir-birinə yapışıq halda dünyaya gələn ekiz oğlan uşaqlarının 1 yaşı tamam olub. 

hamileyken-iyne-vurub-ananin-usaqlarini-oldurmek-istediler
23.06.2019 00:34 1 dəq oxuma

Turpkimi.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, uşaqlar qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Derman və Yiğit adlı uşaqlar eyni zamanda cizgi filmi belə izləyə bilmirlər. 

Biri ağlayarkən, digəri gülən uşaqların valideynləri çox çətinliklə olsa da, uşaqları böyütməyə və onlara baxmağa çalışırlar. 

Uşaqlar onlar üçün xüsusi hazırlanmış beşikdə yatırlar.

Valideynləri  Siam əkizlərini doğru-dürüst qucaqlarına alıb, sevməyin, oynamağın xəyalını qurur. 

Ana 13 yaşlı oğlu ilə birlikdə uşağlara baxır. 

Ana qeyd edir ki, hamiləykən uşaqların iynə vurularaq öldürülüb doğulmasını istəyiblər. Lakin ana razı olmayıb. 

Uşaqlar bir neçə dəfə əməliyyat keçiriblər, amma tam olaraq sağlamlıqlarına qovuşmaqları mümkün olmayıb.

Əməliyyat edilərsə, uşaqlardan birinin ölmə ehtimalı, digərinin isə iflic və ya kor olma ehtimalı daha çoxdur. 

Valideynlər tibdən daha böyük və uğurlu nəticə gözləyirlər. 

Uşaqların ikisinin də sağlamlıqlarına qovuşmaqlarına ümid edirlər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com