Hamının partladarkən əyləndiyi bu plyonka əslində nə üçün ixtira edilib? - Maraqlı tarixçə


Çox güman ki, uşaqlıqda hər birimizin sevimli və zövq aldığı əyləncəli məşğuliyyətlərdən biri qab-qacağın, ya da məişət texnikasının içindən çıxan qabarcıqlı sellofanları partlatmaq olub. 

haminin-partladarken-eylendiyi-bu-plyonka-eslinde-ne-ucun-ixtira-edilib
07.08.2021 02:01 2 dəq oxuma

TurpKimi.com bu paketlərin yaranma tarixindən yazacaq. 

Hər şey 1950-ci illərdə baş verdi. Amerika mühəndisləri Alfred Fildinq və Mark Şavan innovativ divar kağızlarının yaradılması üzərində işə başladılar. İşbazların fikrincə, məhz belə məhsul  bazarda partlayış effekti yaratmalı idi.  

Bunun üçün zəmin də yaranmışdı. İkinci dünya müharibəsindən   sonra Amerika iqtisadiyyatı sürətlə inkişaf edirdi və bazara yeni məhsullar  daxil olurdu. Amerikalılar yeni dizaynda evlər tikmək və təchizatı ilə məşğul olmaq imkanına malik idilər.

Mühəndis Fildinq və Şavan heç yerdə mövcud olmayan divar kağızlarının modelini yaratmağa cəhd etdilər.  Onlar iki tərəfi fərqli politelini ixtira etdilər.  Bu divar kağızının bir tərəfi qabarıq, digər tərəfi isə  yapışqan maddə üçün nəzərdə tutulan çıxıntıdan ibarət idi.  

Amma ideya çox innovativ  oldu və sadə amerikalılar evlərin təchizində adət etdikləri materiallara üstünlük verdilər və qeyri-adi divar kağızlarını almağa risk etmədilər.


Fildinq və Şavanın müəssisəsi ziyana düşdü. Mühəndislər  bütün malı çox aşağı qiymətə satmağa hazır idilər. Lakin gözlənilmədən  onlara yeni müştərilər müraciət etdi.  Yerli fermerlər qəribə divar kağızlarından istixanalar üçün istifadə etmək istəyirdilər. Ancaq materiallar Günəşə və yağışa qarşı dözümlü deyildi.

1959-cu ilin payızında İBM şirkəti yeni kompüteri — hesablama maşını üçün xüsusi qablaşdırmanın hazırlanması üçün elan verdi. 

Texnikanın yeniliyi innovativ  qablaşdırmanı da labüd edirdi. İBM mühəndis Fildinq və Şavana müraciət etdi.   Mühəndislər penoplast və porolonun o qədər də məşhur olmadığını bilirdilər. Amma yüngül-qabarcıqlı nazik pərdənin istehsalı asan idi və sərfəli qiymətə satıla bilərdi. 

1960-cı ildə  IBM korporasiyası təxminən 10 min kompüterini satdı. Həmin qurğular mühəndislərin ixtira etdiyi yüngül qabarcıqlı nazik paketdə  qablaşdırılmışdı. Hər kompüter  1 milyon dollara satılırdı. İBM-in yüksəlişi elə mühəndislərin də biznesini çiçəkləndirdi.  

Bir ay keçməmiş 1960-ci ildə IBM-lə müqavilənin imzalanmasından sonra ortaqlar "Sealed Air" şirkətinin əsasını qoydular.  Tezliklə şirkət böyüdü və 250 milyon dollar  gəlirə malik oldu və ümumi dövriyyə təxminən 3 milyard dollara yüksəldi.  

Qabarcıqlı politelindən kimin ilk dəfə zövq almağını demək çox çətindir. İBM-lə məşhurlaşan politelin camaat üçün də əyləncəyə çevrildi. Hətta kinematoqrafiyada məşhur oldu.  


Qablaşdırma üçün istifadə edilən qabarcıqlı plyonkanın təkmilləşdirilməsi üzərində işləyirlər.  Çünki nazik pərdənin 98 faizini hava təşkil edir.  Bu isə daşınma üçün əlverişsizdir.  "Sealed Air" şirkəti Alfred Fildinq işinin davamçıları və Şavana Markası nazik pərdənin yeni formatını yaratmağa qərar verirlər.  Belə ki, qabarcıqlar malın qablaşdırılması zamanı şişəcək.  Amma bu qabarcıqları əllə partlatmaq mümkün olmayacaq.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 12-10-2019