Hamının yeyə biləcəyi  şəkərsiz  şokolad resepti


Şokoladı sevməyən çox azdır.

haminin-yeye-bileceyi-sekersiz-sokolad-resepti
12.02.2023 17:51 1 dəq oxuma

Hər kəs tərəfindən sevilən bir qida olan şokolad yemək  bir tərəfdən özümüzü  xoşbəxt hiss etməmizə səbəb olur, digər tərəfdən tərkibindəki şəkərə görə orqanizmə zərər verə bilir. Bəzən şokolad yemək istəyirik, amma səhhətimizə görə ehtiyat edirik.

Belə hallar üçün TurpKimi.com əla bir resept paylaşır. 

 Şəkərsiz şokoladı hazılamaq üçün  

Ərzaqlar:

Kakao, badam, rəndələnmiş qoz və ya fındıq ləpəsi, Labne pendiri, keçibuynuzu tozu və ya bal.

Bir kasanın içərisinə 2 xörək qaşığı labne pendiri qoyun. Üzərinə qatı olana qədər badam, qoz, ya da fındıq rəndəsi əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra 1 çay qaşığı kakao əlavə edib, qarışdırın.  Sonra dad üçün içərisinə az-az  keçibuynuzu tozu, ya da bal əlavə edin (miqdar hər kəsin ağız dadı üçün fərqli ola bilər). Qarışığı yaxşıca yoğurduqdan sonra soyuducuda 30 dəqiqəyə qədər gözlədin. Çıxardıb bir daha yoğurun və yumru top şəklində hazırlayın. Arzu etsəniz bu topları  hindqozu və ya badam, qoz, fındıq rəndəsi ilə, ya da çox az kakao ilə örtə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-02-2021