Hansı balığın ürəyə faydalı olduğu açıqlanıb


Bu balıqda ürək əzələləri üçün faydalı olan nə var?

hansi-baligin-ureye-faydali-oldugu-aciqlanib
23.11.2023 00:04 1 dəq oxuma

Dietoloq, tibb elmləri doktoru Mariyat Muxina bildirib ki, qızılbalıq ürək-damar sistemi üçün çox faydalı balıqdır.

TurpKimi.com bildirir ki, “Moskva 24” telekanalı ilə söhbətində mütəxəssis onun tərkibində ürək əzələsinin fəaliyyəti üçün zəruri olan çoxlu miqdarda doymamış "Omeqa-3" yağ turşularının olduğunu qeyd edib.

“Omeqa-3 yağ turşuları ürək əzələləri üçün faydalıdır. Həmin turşularla zəngin olan balıqlardan biri qızılbalıqdır. “Omeqa-3” yağ turşuları qanı incəldir, trombozdan qoruyur, yaxşı xolesterini artırır və pis xolesterini azaldır”, - deyə həkim izah edib.

Bundan əlavə, "Omeqa-3" yağ turşuları aterosklerozdan, ürəyin işemik xəstəliyindən qoruyur və infarkt riskini azaldır. Muxina həmçinin siyənək, skumbriya, sardina və alabalığa diqqət yetirməyi tövsiyə edib. Həkim "Omeqa-3" ilə zəngin qidaların siyahısına qoz, kətan toxumu, çia toxumu və küncütün də daxil olduğunu vurğulayıb.

Firuzə Alimova / TURPKİMİ.COM