Qış mövsümünün gəlməsi ilə immuniteti gücləndirmək üçün üsulların axtarışına başlayırıq.
Soyuq hava xəstəliklərin çoxalmasına səbəb olur. Xəstəliyə tutulmamaq üçün alınan profilaktik tədbirlər həqiqətən öz faydasını verir və ya xəstəliyi daha yüngül sovuşdurmamıza köməkçi olur. Bitki çayları xəstəliklərlərə tutulmamaq üçün vacibdir. Hansı bitki çayının nəyə qarşı faydalı olduğunu bilmək xəstəliyə tutulmaqdan xilas olmağa, ya da yüngül sovuşdurmağa kömək edir.
TurpKimi.com bu haqda bəzi detalları oxuculara təqdim edir:
Yaşıl çay
Güclü antioksidant qaynağı olan yaşıl çay eyni zamanda xərçəngə qarşı qoruyucudur. Diş çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə yaxşı təsir edir. Diyet siyahılarının imtina edilməzi olan yaşıl çay maddələr mübadiləsini sürətləndirərək arıqladır.
Çobanyastığı çayı
Ağrıkəsici xüsusiyyətiylə tanınan çobanyastığı çayı (romaşka-Red.) yuxusuzluqdan əziyyət çəkənlər üçün nizamlı istehlak edildiyində böyük fayda verir. Stressi azaltmağa kömək edir, allergik əlamətləri azaldır, bağırsaq problemlərinin müalicəsində böyük rol oynayır. Ən əmiyyətli xüsusiyyəti isə dişdə yaranan iltihablanmanı aradan qaldırmaqdır. Çobanyastığı çayı qarqara şəklində istifadə edildikdə müalicəvi maye vəzifəsini yerinə yetirir.
Razyana çayı
Qaz sancısı, mədə ağrıları, həzm sistemi kimi problemlərin aradan qaldırılmasına kömək edir və həzmsizliyin qarşısını alır.
Qarğıdalı saçağı çayı
Sidikqovucu xüsusiyyəti olan qarğıdalı saçağı çayı sidik yolları infeksiyalarının, sistitin müalicəsində istifadə edilir. Eyni zamanda yüksək təzyiq probleminə yaxşı yaxşı təsir edir, ürək sağlamlığını qoruyur və diyabet xəstələrində xroniki yorğunluğun müalicəsində istifadə edilir.
Gicitkən çayı
Yüksək miqdarda dəmir ehtiva etdiyi üçün anemiya-qanazlığı xəstəliyinin müalicəsində istifadə edilir, sidikqovucu xüsusiyyəti vardır. Qaraciyər və böyrəkləri təmizləyir, immunitet sistemini gücləndirir və soyuqdəymə, öskürəyə yaxşı təsir edir.
Ada çayı (sürvə)
Qış aylarında ən çox içilən çay ada çayıdır. Bronxit və astma əlamətlərini yüngülləşdirir, zərərli toksinlərin bədəndən xaric olmasına kömək edir, qaraciyəri təmizləyir, sidik yolu infeksiyalarının müalicəsində istifadə edilir, stressi azaldır, qadınlarda menopozdan sonra yaranan problemləri azaltmağa kömək edir.
Bibəriyə çayı
Qəbizliyin müalicəsində istifadə edilir. Yaddaşın güclənməsinə kömək edir və diqqəti artırır. Qan dövranını sürətləndirir və immunitet sistemini gücləndirir.
İtburnu çayı
İtburnu çox faydalı müalicəvi bitkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.
Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır, arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.
Zəncəfil çayı
Zəncəfilin faydaları saymaqla bitmir. Arıqladıcıdır, metabolizmanı gücləndirir, sakitləşdiricidir və qaz sancılarını azaldır. Soyuqdəymədə bədəni tərlədir. İltihab önləyici təsiri ilə xüsusilə oynaq iltihablarına qarşı olduqca faydalıdır. Bəlğəmli öskürəyin yaxşılaşmasının sürətləndirir. Bulanmaları aradan qaldırmağa köməkçi olar və qusmanın qarşısını alır. Bədən müqavimətini və zehni gücü artırır. Mikroböldürücü və immunitet gücləndiricidir. Xərçəngə qarşı qoruyucudur. Damar tıxanıqlığının qarşısını almağa kömək edir, qan damarlarını genişlədərək revmatizm ağrılarını da yüngülləşdirir. Bağırsaq pozulmasına kömək edir, ishalı kəsir. Cinsi istəyi artırır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 09-11-2019