Hansı bürcün kişiləri xəsis olur?


İnsan bəzən maddi çətinliklə üzləşdiyi zaman çevrəsindən və dostlarından köməyə ehtiyac duyur. Amma vay o hala ki, ətrafında xəsis, əli bərk dostların olsun.

hansi-burcun-kisileri-xesis-olur
23.08.2022 22:24 2 dəq oxuma

Bəzən bu insanın xarakteri ilə yanaşı aid olduğu bürcün xarakteristikası ilə də bağlı olur.

Bu dəfə bürclərin pul mövzusunda necə reaksiya verdiklərini və hansının xəsis olduğunu aydınlaşdırılıb:

Qoç

Qoç həm səxavətli, həm də məntiqlidir. O, heç vaxt elə-belə, yalnız perspektiv üçün pul xərcləməyəcək. Əgər başa düşsə ki, hansısa layihə faydalı olacaq, onda o, pul əsirgəməyəcək.

Buğa

Buğalar sevirlər ki, onlara pul xərcləsinlər. Əgər pulsuz gəzmək imkanı tapsalar, bu barədə çox düşünməyəcəklər. Bu bürcün kişi nümayəndələri arasında alfonslara tez-tez rast gəlinir. Maraqlıdır ki, Buğa bürcündən olan qızlar adətən kişilərdən daha səxavətlidir.

Əkizlər

Əkizlər bürcü öz əhatəsindən asılı olaraq həm səxavətli, həm də əksinə ola bilər. Onlar kütlə qarşısında əliaçıq olduqlarını nümayiş etdirməyi istəyirlər. Təklikdə isə vəziyyət adətən pisliyə doğru dəyişir.

Xərçəng

Bu bürcün nümayəndələri ailəcanlı olması ilə fərqləndiyi üçün yaxınlarına böyük məmnuniyyətlə pul xərcləyir. Xüsusilə bu, daha yaşlılar arasında özünü göstərir. Xərçəng bürclərinin evində həmişə rahat interyer, yumşaq mebel, ləzzətli yeməklər olacaq.

Şir

Ümumi fikrə zidd olaraq Şir bürcləri düşünüldüyü kimi səxavətli deyil. Onlar doğma və yaxınlarına pul xərcləməyi, hədiyyələr almağı sevirlər. Lakin yaxın olmayan adamlara bir qəpik də xərcləməyəcəklər.

Qız

Qız bürcünün kişiləri pullarını göyə sovurmaq üçün qazanmır. Onlar hədiyyə seçimində daha ucuzunu almağa üstünlük verir. Bununla belə onlar alış-veriş haqqında danışmağa çox sevir.

Tərəzi

Bu bürcün kişiləri səxavətli və qonaqpərvərdir. Onlar doğmaları və dostları üçün hər an bayram təşkil etməyə hazırdır. Xüsusilə, özgə hesabına.

Əqrəb

Əqrəblər üçün vacibdir ki, ətrafdakılar onların gəlir və imkanlarını qiymətləndirsin. Odur ki, bu bürclər səxavətlərini adətən əsirgəmirlər.

Oxatan

Oxatan kişiləri elə də xəsis bürc deyil. Hətta bəzi işləri təmənnasız görürlər. Yəqin ki, bu səbəbdən onların maliyyə durumu həm yaxşılığa doğru dəyişir, həm də necə deyərlər, yardım etmək savabdır.

Oğlaq

Xəsis deyillər, onlar evdardır. Düzdür, bu, heç də asan olmur. Hədiyyələri büdcəsindən və vəziyyətindən asılı olaraq verməyi xoşlayır.

Dolça

Dolçalar nəinki səxavətlidir, eyni zamanda yaxınlarının bir xahişini heç vaxt iki etməzlər. Dostlarının nə arzuladıqlarını tapa bilirlər.

Balıq

Balıq bürcləri həmişə olduğu kimi birmənalı deyil. Əksər hissəsi xəsisdir, amma bütövlükdə əhval-ruhiyyədən çox şey asılıdır.///sfera.az