Onları birlikdə qəbul etmək olmaz, təhlükəlidir...
Dərmanlarla əlaqəyə girib təsir göstərə bilən qidalar qana sorulma zamanı təsirini dəyişdirib ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, qəbul etdiyiniz qidalar dərmanların təsirini dəyişə bilir. İsti içki dərmanın təsir gücünü dəyişdirə və ya sağlamlığı təhlükəyə ata bilər. İlk baxışda zərərsiz olan duz və meyvə şirələri belə dərmanın fəaliyyət mexanizmasını yavaşlada və ya tamamilə dəyişdirə bilər.
Antibiotiklərlə turş qida və süd məhsulları...
Qəhvə kimi yüksək kofein tərkibli asidik qidalar penisilin kimi antibiotiklərin təsirini azaldır. Əgər penisilin qəbul edirsinizsə, dərmanı atmazdan bir saat əvvəl və ya 2 saat sonra ət, quş əti, qarğıdalı siropu, qəhvə və şəkər tərkibli turşulu məhsullar qəbul edin. Süd məhsullarını da antibiotiklərlə eyni vaxtda istifadə etmək dərmanın effektivliyini azaldır. Süd məhsulları istehlak etmək istəyirsinizsə, o zaman antibiotikləri qəbul etməzdən əvvəl və sonra 2 saat gözləyin.
Antidepressantlarla pendir və soya...
Monoamin oksidaz inhibitorlarından istifadə edirsinizsə, pendir yeməyin. Çünki sözügedən dərmanlar pendirlərdə olan triaminə reaksiya verirlər. Nəticədə qan təzyiqini təhlükəli səviyyədə yüksəldir. Pendirdən başqa triaminlə zəngin olan digər qidalara soya sousu, soya pendiri, lobya, duzlu kələm, spirtli içki, avokado, banan və kişmiş aiddir.
Qan durulaşdırıcı ilə balıq yağı və ispanaq...
Qanı durulaşdıran dərmanlar qanın laxtalanmasının qarşısını alır. Bəzi qidalar onun effektivliyini azaldırsa, bəziləri isə laxtalanma müddətini artırır və hətta qanaxma riski yaradır. Məsələn; balıq yağı ürəyə faydalıdır. Lakin eyni zamanda yüngül şəkildə qanın laxtalanmasına təsir göstərir. Tünd yaşıl rəngli tərəvəzlər və tərkibində K vitamini olan qidalar qanın laxtalanmasını artırır. Ona görə də qan durulaşdırıcı vasitələrdən istifadə edərkən ispanaq, brokoli, kələm, çuğundurun istifadəsindən yan qaçın.
Xolesterolu aşağı salan dərmanlarla qreyfrut və portağal...
Xolesterolu aşağı salan dərmanlardan istifadə edirsinizsə, səhərlər qreyfrut yerinə digər meyvələrdən yeyin. Yediyiniz halda qreyfrut dərmanın bədəndə yığılmasına səbəb olur. Bundan başqa, qreyfrut dərmanın parçalanmasını ləngidir və bəzi sağlamlıq problemlərinə yol açır. Portağal da eyni təsirə malikdir. Qara ciyərin zədələnməsi və nadir hallarda ciddi böyrək və əzələ zədələnməsi baş verir.
Təzyiqi aşağı salan dərmanlarla duz...
Əgər siz qan təzyiqini aşağı salan dərman atırsınızsa, natrium və kalium duzlarından istifadə etməməlisiniz. Çünki həmin dərmanlar bədəndə kaliumun saxlanmasına səbəb olur. Bu isə potensial olaraq ürək aritmiyalarına (ritmin pozulmasına) səbəb olacaq yüksək səviyyədə kalium yaradır.
Hər hansı dərmanla spirtli içki...
Spirtli içki dərmanın təsirini dəyişdirir. Həblərlə qara ciyəri zədələyə, zehni və motor funksiyalarını poza bilər. Allergiya əleyhinə dərmanlarda isə mədəni qıcıqlandıra və təzyiq dərmanlarının təsirini isə artıra bilər.
Spirtli içkilər dərmanlarla birlikdə qəbul edəcəyimiz ən pis vasitələrdən biridir. Göbələk əleyhinə (fungisidlər) olan dərmanlar spirtlə şiddətli reaksiya verir. Birlikdə qəbul edildikdə mədə bulantısı, qarın və baş ağrısı, dəridə qızarmalara səbəb olur.
Bütün dərman vasitələrindan qəbul edərkən, ən yaxşısı spirtli içkidən uzaq durmaqdır.
Firuzə Alimova / Turpkimi.com