Ötən il təhsildə hansı səhvə yol verdik?
"Şagirdlərin 10-15 nəfəri bir gündə koronavirusa yoluxursa, bu, artıq kütləvi hal sayılır və məktəb qapanmaya gedir".
TurpKimi.com xəbər verir ki, bunu təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, ötən ilin mart ayından bütün məktəblər deyil, məhz yoluxma halları çox olan təhsil ocağı bağlanmalı idi: "Əslində, mart ayından bu cür addımlar atıla bilərdi və hansı məktəbdə kütləvi yoluxma halları müşahidə olunur, məhz onlar da bağlanmalı idi. Qonşu Rusiyada belə bir təcrübə var ki, hər hansısa sinifdə bir nəfər belə yoluxarsa, o sinif mütləq şəkildə qısamüddətli bağlanır. Yaxud bir məktbədə ən azı 15-20 nəfərdə yoluxma qeydə alınırsa, təhsil ocağı bağlanır və iki həftə sonra açılır".
Q.Məhərrəmov qeyd edib ki, artıq müəyyən mənada başa düşülüb ki, bütün təhsil müəssisələrini bağlayaraq bu virusla mübarizə aparmaq lazım deyil: "Mən düşünürəm ki, biz yavaş-yavaş normal həyatımıza geri qayıtsaq, bu, daha yaxşı bir addım olacaq".
Trend.az / TurpKimi.com