Bu gün ailə qurmaq ərəfəsində olan istər gənc qızların, istərsə də oğlanların bir-birilərini tanıma dövründə bəzi psixoloji məqamları bilməsi vacibdir.
İnsan xasiyyətindən və gələcəklə bağlı ipucları verən psixoloji məqamlar insanın evlilik yolunda düzgün seçim etməsinə yardımçı olur. Bəs o zaman tanışlıq müddətində qarşımıza çıxan hansı şəxslərlə ailə qurmamalıyıq?
TurpKimi.com mövzu ilə bağlı mütəxəssislərin fikrini təqdim edir:
1 – Davamlı olaraq sizdən nəsə tələb edirsə, öz həyatından narazıdırsa, xoşbəxt deyilsə, şikayət edirsə, bəzi şeylər üçün başqalarını günahlandıran sevgiliniz varsa, bu insanlarla sağlam münasibət qurmaq sizi çətinliyə sala, sizin gücünüzü ala bilər.
2 – Əgər bir mövzuda sabit fikir yarada bilmirsə, ancaq “mənim dediyim olacaq” deyirsə və sadəcə almağı bacarırsa, verməkdə yoxsuldursa, bu kimi insanlarla da münasibət qurmaq sizi çətin vəziyyətdə qoyar. “Mümkün deyildir” demirik, amma bezdirici olur.
Lakin bu insanlarla qurulan münasibət də sizin üçün bir təcrübə, bir təlimdir.
Unutmayın, həyatda hamımız üçün dərs alacağımız çoxlu anlar var.
Yazılıb: 04.03.2019-cu ildə...
Firuzə Alimova / TurpKimi.com