Təzyiqi aşağı salan 3 vasitə...
Britaniyalı həkim Kris Stil “Bu səhər” tok-şousunda hipertoniya xəstələri üçün faydalı məhsulları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, təbii qatıq, qoz və bitki çayının qəbulu təzyiqi aşağı salmağa kömək edir.
Ekspertin fikrincə, hipertoniya xəstələri üçün ən faydalı məhsullardan biri qatıqdır.
“Hər gün qatıq yeyin, ancaq təbii qatıq yeyin, meyvə qatqısı və yüksək şəkər tərkibli olanları yox”, - deyə o bildirib.
Bununla yanaşı, mütəxəssis gündəlik qoz yeməyi, həmçinin bitki çayları içməyi tövsiyə edib
Mənbə: lenta.ru / Oxu.az