Sağlamlığımız qidalardan birbaşa asılıdır...
Rusiyalı dietoloq Svetlana Fus oynaq xəstəliklərinin yaranma səbəblərindən, eləcə də belə xəstəliklərin qarşısının alınması yollarından danışıb.
Onun sözlərinə görə, oynaq xəstəliklərinin əsas səbəblərindən biri yanlış qidalanma, xüsusən də orqanizmdə az miqdarda kalsiumun olmasıdır.
Dietoloq kalsiumla zəngin olan qidaları daha çox yeməyi tövsiyə edir. Belə ki, bu maddə çatışmadıqda orqanizm kalsiumu sümük toxumasından alır ki, bu da sonradan osteoporoza səbəb ola bilər.
“D vitamini normal sümük böyüməsinə və dişlərin möhkəmliyinə kömək etdiyi üçün oynaqlarınız üçün də çox faydalı ola bilər. Onun kifayət qədər miqdarı treska balığının qaraciyərində, yumurta sarısında və kərə yağında olur.
Dərinin, oynaqların və sümüklərin vəziyyətinə birbaşa təsir edən kollagenin sintezi üçün tələb olunan C vitaminini də unutmayın. Onun mənbəyi sitrus meyvələri, az duzlu kələm, giləmeyvə, həmçinin kivi və qırmızı bolqar bibəridir”, - deyə həkim bildirib.
RİA Novosti / Oxu.az