Hansı xəstəlikləri gözə baxmaqla müəyyən etmək olar?


Əksər xəstəliyin gözdə əlamətləri olur...

hansi-xestelikleri-goze-baxmaqla-mueyyen-etmek-olar
19.02.2022 11:38 1 dəq oxuma

Şəkərli diabet, eləcə də bir sıra digər xəstəlikləri gözlərə baxmaqla müəyyən etmək olur.

Bunu rusiyalı oftalmoloq Dmitri Dementyev bildirib.

Mütəxəssis qeyd edib ki, gözlərə baxmaqla xolesterinin yüksək səviyyəsini də təsbit etmək mümkündür.

“Belə xəstələrin göz qapaqlarında xolesterolun yağlı yataqlarını görə bilərsiniz. Başqa bir əlamət isə göz ətrafında mavi rəngli bir qövsdür. Bir qayda olaraq, bu yaşlı insanlarda baş verir və xolesterolun artması ilə əlaqələndirilir”, - deyə həkim izah edib.

Bundan əlavə, gözlər vasitəsilə qaraciyər problemlərini aşkar etmək olar. Belə ki, xəstəlik zamanı gözün buynuz qişasının saralması baş verir.

Mənbə: vm.ru / Oxu.az