Unutmayın ki, övladınız sizdən nümunə götürür!
Hər bir valideyn övladının daha yaxşı insan olmasını istəyir.
TurpKimi.com bildirir ki, Harvard Akademiyasının alimləri uşaqlarınızı mədəni, məsuliyyətli və mərhəmətli böyütməyiniz üçün vacib məsləhətlər verib.
1 – Birlikdə daha çox vaxt keçirin
Övladınızla ünsiyyətiniz ancaq intizamlı davranmaqdırsa, o zaman bütün səyləriniz heç vaxt nəticə verməyəcək. Övladınızla etibarlı münasibət qurmağa çalışın. Söhbət edin, oyunlar oynayın, harasa səyahət edin. Və əlbəttə, onları nə qədər çox sevdiyinizi göstərməyi unutmayın. Bu, onlara sevgi və hörmətin nə olduğunu göstərəcəkdir. Uşaq bu hisslərini ətrafındakı digər insanlarla paylaşacaq və yaxşı, hörmətcil bir şəxs olmasına kömək edəcəkdir.
2 – Övladınıza duyğularını idarə etməyi öyrədin
Qəzəb, kədər və məyusluq hissi bizə təsir etdiyi kimi, uşaqlarımıza da təsir edir. Uşaqlarımıza bu kimi mənfi duyğuların öhdəsindən necə gəlməyi öyrədə bilərik. Belə ki, uşaq sakit olanda ona bu metodu öyrədin: “əvvəlcə burnundan dərin bir nəfəs al, sonra bu nəfəsi ağzından 5-ə qədər sayaraq ver”. Övladınızın hər hansı hadisədən mənfi təsirləndiyini görsəniz, bu hərəkəti xatırladın və hətta birlikdə edin.
3 – Məsuliyyətli olması üçün uşaqla danışın
Uşaqlar valideynləri üçün modeldir və onları təqlid edərək davranışlarını inkişaf etdirirlər. Onlarla əxlaq, bir-birinə kömək etmək və ətrafdakılara qarşı həssas olmaq barədə danışın. Hərəkətlərinə görə məsuliyyət daşıdığını izah edin. Ən əsası unutmasınlar ki, söylədiyi sözlərə uyğun davranmalıdırlar. Uşaqlarınızı yaxşı şeylər etməyə təşviq edin.
4 – Uşağınıza mərhəmətli olmağı və gücsüz olanlara kömək etməyi öyrədin
Uşağınızın sadəcə sevdiklərinə və dostlarına qarşı deyil, eyni zamanda köməyə ehtiyacı olan hər kəs üçün mərhəmət duyğusuna sahib olması çox vacibdir. Məsələn, övladınıza sinifdə yeni uşaq olsaydı, özünü necə hiss etməsini istəyin. Onlara bu kimi şeyləri düşünməyə vadar etmək əla üsuldur. Lakin daha qlobal problemlərdən də danışın. Məsələn, evi, yeməyi, ailəsi olmayan uşaqlar üçün nə edə biləcəyini soruşun. Hər bir valideyn övladına sosial məsuliyyətini anlamağa kömək etməli və bununla bağlı nəsə bir şeylər edə biləcəyindən əmin olmalıdır.
5 – Övladınıza minnətdar olmağı öyrədin
Övladınız birinə minnətdar olduğu üçün utancaqlıq hiss keçirməməlidir. Hazırladığı ləzzətli yeməklər üçün nənələrini qucaqlamalarını, təşəkkür etməyi öyrədin. Araşdırmalara görə, minnətdarlıq hisslərini ifadə etməkdən çəkinməyən insanlar daha xoşbəxt və sağlam olurlar.
6 – Uşaqlara gözəl davranışların nələr olduğunu öyrədin və ailə dəyərlərini aşılayın
Valideynlər övladlarının məktəb və ya idmandakı uğurlarına xüsusi yanaşırlar. Bəs niyə əxlaqi davranışlarına qarşı eyni münasibət göstərmirik? Öz ailə dəyərlərinizi açıq şəkildə öyrətmək və övladınızın eyni dəyərləri həm sözlərlə, həm də hərəkətlərlə təkrarlamasını təmin etmək vacibdir. Hörmətcil davranırmı? Dediyi sözləri tuturmu? Yaşıdlarına və ya onu incidənlərə qarşı necə davranmalıdır?
Övladınızın sizdən nümunə götürdüyünü isə heç vaxt unutmayın!
Firuzə Alimova / TurpKimi.com