Buz mavisi gözləri olan Haskilər uşaqları sevirlər.
Sibir qurdu və ya Haski kimi tanınan bu it cinsi yüz illərdir ki, genlərini qorumaqdadır. Bu günümüzdə də haskilərin ilk nəsillərindən heç bir fərqi yoxdur. Əsrlərlə xizək çəkmə, şimal maralı çobanlığı və gözətçilik vəzifələrində istifadə edilmiş it cinslərindən biridir.
Bu it cinsi iki əhəmiyyətli özəlliyinə; sürətli və dözümlü olduğuna görə saxlanılır. Haskilər köçəri və ovçu itlərdir. İnsanlar ovlarını izləmək üçün sürətli, dözümlü və etibarlı itlərə ehtiyac duyurdu. Bu itlər günlərlə kiçik xizəkləri çəkərək ovçulara kömək edib.
Sibir qurdu sürüyə liderlik etmək qabiliyyətinə sahibdir və qarışıqlıq içərisində belə hər biri öz yerini çox gözəl tapa bilir. Davamlı qayğı və çoxlu təlim keçirilsə də, bu itlərə sevginin göstərilməsi vacib şərtlərdən biridir. İtlər təlimləndirilərkən onlarla qərarlı şəkildə rəftar edilməlidir. Belə halda onu öyrədən təlimçini sürünün şefi də qəbul edər.
Haskilər Sibir canavarlarından törəyir. Eskimoslar canavarlarla cütləşmələri üçün haskiləri meşəyə bağlayarmış. Bu itllər heç zaman boş yerə hürməzlər, ancaq qurd kimi uluya bilərlər. Oynamağı çox sevirlər. Hər it kimi dillərindən tərləyirlər. Azadlıqlarına düşkünlükləri və inadçılığıyla tanınarlar.
Uşaqlara qarşı çox səmimidirlər, bir sözlə uşaqları süvirlər. Əslində hər kəslə yaxşı dolanar, amma quş, siçan kimi kiçik heyvanları ovlamaq istəyərlər. Tək qalsa sıxılıb evdəki əşyaları gəmirə bilərlər. Haskilər istini heç sevməzlər və isti havalarda stressə düşürlər, mənfi 60 dərəcə soyuqda isə yaşaya bilərlər.
Yayda ikiqat qalın tükləri tez-tez daranmalıdır. Tüktökmə vaxtlarında tükləri ovuc-ovuc əlinizə gələ bilər. Lakin tükləri 60 sm-dən uzun olmaz və 20-25 kq ağırlığında olarlar. Tükləri təkcə ağ deyil, müxtəlif rəng çalarlarında da ola bilir. Ən çox boza çalan qara və ağ zolaqlı növlərinə rast gəlinir. Gözlərinin rəngi mavi və ya boz olur, amma iki gözü fərqli rəngdə olanları da vardır.
Ümumiyyətlə, haskilər buz mavisi gözləriylə qorxuducu olsa da, sevgi dolu heyvandır.
Firuzə Alimova / TurpKimi.com