Hava bu tarixdən kəskin dəyişir


"Bakıda və Abşeronda ayın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

hava-bu-tarixden-keskin-deyisir
05.11.2022 22:11 2 dəq oxuma

Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Bayram günlərində isə havanın temperaturu aşağı düşəcək”.

Bu sözləri lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

 Onun sözlərinə görə, həftə sonu dağlıq ərazilərdə qar yağacaq:

"Noyabrın 5-də rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama yaxın yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı güman edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 17-21, dağlarda isə 5-10 dərəcə isti olacaq.

Noyabrın 6-da bəzi yerlərdə hava şəraiti yağmurlu olacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında dumanlı hava və qərb küləyi əsəcək. Temperatur aran rayonlarında gündüz 13-17, dağlarda isə 3-7 dərəcə isti olacaqdır.

"Bakıda və Abşeron rayonunda isə ayın 5-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcəkdir. Havanın temperaturu gündüz 15-17 dərəcə isti olacaq.

Noyabrın 6-da isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur da 11-13 dərəcə isti olacaq".

Baş hidroloq bayram günlərində paytaxtda havanın temperaturunun aşağı düşəcəyini açıqlayıb:

"Aylıq hava proqnozunda qeyd etdiyimiz kimi, noyabrın ilk 10 günlüyünün ikinci yarısında hava şəraitinin bir qədər qeyri-sabit keçəcəyi, temperaturun aşağı düşəcəyi gözlənilir”.

TurpKimi.com