Hava niyə birdən-birə soyudu? - Nazirlikdən açıqlama


Soyuq hava neçə gün davam edəcək?

hava-niye-birden-bire-soyudu
06.04.2020 12:35 1 dəq oxuma

Azərbaycanda bu gündən hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu gündən başlayaraq, aprelin 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

M.Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün xarakterikdir: “Bu dövrdə qarın yağması ötən illər ərzində də müşahidə edilib. Biz bu dəfə də hava şəraitinin dəyişməsi nəticəsində dəniz səviyyəsindən 1000-1500 metr yüksəkdə yerləşən kəndlərimizə qarın yağmasının şahidi ola bilərik”.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com