Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ


Martın 15-i hava necə olacaq?

hava-seraiti-deyisecek-yagis-ve-qar-yagacaq-xeberdarliq
15.03.2024 04:58 2 dəq oxuma

 Bakıda 13, rayonlarda 15 dərəcə isti olacaq.

Bu barədə  Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Diqqət!

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

TurpKimi.com