Hava şəraiti dəyişəcək, yağış yağacaq, güclü külək əsəcək


Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

hava-seraiti-deyisecek-yagis-yagacaq-guclu-kulek-esecek
21.07.2023 21:49 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.

Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

TurpKimi.com