Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ edildi


Avqustun 8-nə kimi hər gün hava dəyişəcək.

hava-seraiti-ile-bagli-xeberdarliq-edildi
02.08.2019 18:13 1 dəq oxuma

Avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlüyü gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhalini açıq havada olarkən bu faktoru nəzərə almağı tövsiyə edir.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com