Havada müşahidə olunan rütubətin dərəcəsi, eləcə də anomal istiləşmə son günlərdə daha sıx müşahidə olunur.
"xezerxeber.az" xəbər verir ki, Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bu vəziyyət növbəti günlərdə də davam edəcək.
İlkin proqnozlara görə, avqustun 24-ü 25-i hava şəraiti qismən normallaşacaq. Lakin bu gün və sabah temperatur pik həddə çatacaq.
Qeyd edək ki, sabah dəniz suyunun temperaturu şimal çimərliklərində- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 27-28° isti, cənub çimərliklərində- Türkan, Hövsan, Sahil və Şıx-da 28-29° isti olacaq.
TurpKimi.com