Hava sərinləyir - Sabahın havası


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

hava-serinleyir
29.08.2019 23:13 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. 

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

TurpKimi.com