"Starbucks" brendinin şirniyyatlarını dünyada tanıyırlar və həvəskarları da günü-gündən artmaqdadır.
TurpKimi.com olaraq "Starbucks"qəhvəsinin yanında servis edilən peçenyelərdən birinin reseptini təqdim edirik:
Ev şəraitində hazırlanan və hazır peçenyelərdən heç də fərqlənməyən Şokoladlı Starbucks Peçenye Resepti:
Ərzaqlar:
125 qram kərə yağı, ya da marqarin (otaq temperaturunda olması şərtdir)
2 ədəd böyük yumurta (biri bütöv, digərinin yalnız sarısı)
1 su stəkanı qəhvəyi şəkər tozu (yoxdursa pudra şəkər tozu və ya şəkər tozunu üyüdüb istifadə edə bilərsiniz)
Yarım su stəkanı ağ şəkər tozu
Bir paket qabartma tozu
1 çay qaşığı duz
1 paket vanil
1,5 su stəkanı damla şokolad
2.5 su stəkanı un
3 çay qaşığı Nescafe expresso
Yarım su stəkanı əzilmiş fındıq, ya da yer fındığı ləpəsi
Hazırlanması:
1. Mütləq yumurta və marqarin ən azı 1 saat otaq temperaturunda qalmalıdır. Yumşalmış marqarini şəkər tozları ilə birlikdə bircinsli qarışıq alınanadək mikserlə çırpın.
2. Yumurtaları əlavə edib 60 saniyə daha çırpın.
3. Un, qabartma tozu, vanil, duz, və nescafe-ni də əlavə edərək 1 dəqiqə daha çırpın.
4. Fındıq və ya fıstıq ləpəsini da əlavə edərək qaşıqla qarışdırın.
5. Sonda damla şokoladları da əlavə edərək xəmirlə tam qarışdırın.
6. Xəmiri 1 saat soyuducuda saxlayın (xəmirin özünü tutması üçün lazımdır. Vaxtınız yoxsa gözləməyin)
7. Hazır xəmir klassik peçenye xəmirindən bir az daha yumşaq halda olmalıdır. Bunun üçün xəmirə forma verib yağlı kağız sərdiyiniz qaba qoyun.
8. Peçenyenin ölçüsü böyük olmamalıdır və formada aralarında məsafə olmalıdır.
9. Üstünü stəkanın köməyi ilə azca basdırıb yaya bilərsiz, amma xəmir onsuz da bişdikcə yayılacaq.
10. Əvvəlcədən qızdırılmış 180 dərəcəliksobada 17-20 dəqiqə arası bişirin. Hər soba eyni dəqiqədə bişirməyə bilər, vaxtı sobanızın funksiyasına görə uzada bilərsiniz.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
25-04-2022