Uzunömürlülərin 2680 nəfəri məhz bu məşhur şəhərdədir.
Azərbaycanda uzunömürlülərin - yaşı 90 və daha çox olan şəxslərin sayı artıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu il yanvarın 1-ə olan məlumata görə, ölkə üzrə 15148 nəfərin yaşı 90 və daha çoxdur. Bu rəqəm 2015-ci ildə 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820, 2018-ci ildə 12207 nəfər olub. Ölkədəki uzunömürlülərin çoxu qadınlardır.
Azərbaycanda uzunömürlülərin çoxu - 2680 nəfər Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.
Yaşı 90 və daha yuxarı olan şəxslər Bakıdan sonra əsasən Ağdam, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayırlar. Ağdam rayonunda yaşı 90 və daha yuxarı olan 387 nəfər (119 kişi, 268 qadın), Şəmkir rayonunda 346 nəfər (74 kişi, 272 qadın), Gədəbəy rayonunda 335 nəfər (91 kişi, 244 qadın), Tovuz rayonunda 270 nəfər (82 kişi, 188 qadın) yaşayır.
100 və yuxarı yaşda əhali daha çox Bakı şəhərində (114 nəfər, ondan kişilər - 39, qadınlar - 75), Ağdam rayonunda (41 nəfər, ondan kişilər - 6, qadınlar - 35), Laçın rayonunda (15 nəfər, ondan kişilər - 2, qadınlar - 13), Babək rayonunda (14 nəfər, ondan kişilər - 4, qadınlar - 10) və Lənkəran şəhərində (13 nəfər, ondan kişilər - 5, qadınlar - 8) yaşayır.
Trend.az / TurpKimi.com