Heç bir süni şəkildə yaradılmış vitamin və mineral kompleksləri bitki qidaları ilə rəqabət apara bilməz...
“Tərəvəzlərdə vitamin komplekslərindən daha çox mineral və qida maddələri var”.
TurpKimi.com xəbər verir ki, bunu Vidnovskaya Klinik Xəstəxanasının reabilitasiya şöbəsinin müdiri Svetlana Malinovskaya “NEWS.ru”ya bildirib.
Onun sözlərinə görə, onların unikal tərkibi həyati vacib kimyəvi elementlərin böyük tərkibi ilə izah olunur.
“Heç bir süni şəkildə yaradılmış vitamin və mineral kompleksləri bitki qidaları ilə rəqabət apara bilməz. Tərəvəzlərin müalicəvi xüsusiyyətləri həyati vacib kimyəvi elementlərin böyük tərkibi ilə izah olunur. Bu səbəbdən, onlar immun sisteminə, sinir sisteminə və hətta zehni fəaliyyətə faydalı təsir göstərən universal bir məhsuldur”, - Malinovskaya izah edib.
O, əlavə edib ki, bitki mənşəli qidaların daha bir faydalı xüsusiyyəti var. Onun sözlərinə görə, bu, orqanizmə daxil olan zərərli maddələri zərərsizləşdirmək qabiliyyətindən ibarətdir. Həkim vurğulayıb ki, tərəvəzlər təkcə dərman qəbul etməkdən deyil, həm də yüksək kalorili qidalardan, hətta spirtli içkilərdən belə zərərləri vasitələri aradan qaldırmaq özəlliyinə malikdir.
“Tərəvəz başqa bir faydalı xüsusiyyətə - bədənə daxil olan zərərli maddələri zərərsizləşdirmək qabiliyyətinə malikdir. Tərəvəz dərmanlar, yağlı və yüksək kalorili qidalar, alkoqol qəbulunun yaratdığı zərəri aradan qaldıra bilər. Bu, bitkilərin çoxlu miqdarda lif ehtiva etməsi ilə bağlıdır. Onun faydası bağırsağın daxili mühitinin formalaşmasına təsir etməsindədir. Lif bədəni xolesteroldan, tullantılardan, toksinlərdən və kanserogenlərdən təmizləyir”, - Malinovskaya qeyd edib.
Firuzə Alimova / TURPKİMİ.COM