Bu qarışım yəhudilərin hər səhər süfrəsində olur...
Ayrılıqda yeyildiyi zaman sağlamğına bir çox faydası olan qatıq və balı həftədə 1 dəfə birlikdə yedikdə faydası inanılmazdır.
TurpKimi.com bildirir ki, kalsiumla zəngin olan qatıq yağların yandırılmasını sürətləndirir. Tərkibində həmçinin kalium, fosfor, riboflavin, yod, sink, A, E və B vitaminləri var. Probiotik və protein qaynağıdır.
Çoxlu minerallarla zəngin olan bal isə təbii antibiotikdir. Bol miqdarda fol turşusu və C vitamini ilə zəngin olan bal qatıqla birlikdə yeyildikdə immun sistemini gücləndirərək orqanizmə enerji verir.
Bundan başqa, əsəbləri sakitləşdirir. Hətta psixoloji problemləri olan şəxsləri sağaltdığı da bildirilir.
Diş və diş əti xəstəliklərini müalicə edir. Xüsusilə də diş ətinin çəkilməsinə müsbət təsir göstərir.
İdmanla məşğul olanlara məşq etməzdən əvvəl balla qatığı qarışdırıb yemək tövsiyyə edilir. İçinə qoz da əlavə etmək olar.
Ən əsası, tərkibində yüksək miqdarda kalsium olduğu üçün sümük əriməsini gecikdirir. Bağırsaqlarda yaranan xəsətəliklərə və kolon xərçənginin müalicəsinə müsbət təsir göstərir.
Firuzə Alimova / TurpKimi.com
10-03-2022