Heç vaxt karantin tətbiq etməyən bu ölkə virusa qalib gəlir


Ölkəni qınayanlar çox oldu, amma gedişat özünü göstərdi.

hec-vaxt-karantin-tetbiq-etmeyen-bu-olke-virusa-qalib-gelir
31.07.2020 00:14 1 dəq oxuma

İsveç karantin rejiminin tətbiq olunmamasına görə çox tənqid olunub. Amma hadisələrin gedişi göstərir ki, Skandinaviya dövləti çox da səhv addım atmayıb.

TurpKimi.com xəbər verir ki, karantindən imtina edən İsveç koronavirusa qalib gəlir. Ölkədə virusa yoluxma statistikasında müsbət qrafik müşahidə olunur. Son sutka ərzində cəmi 34 nəfərin testi infeksiya aşkara çıxarıb. Düzdür, 9 nəfərin ölümü qeydə alınıb.

Amma İsveç kimi böyük ölkə üçün rəqəmlər bədbinliyə əsas vermir. Dünya Səhiyyə Təşkilatının hesabatında da Skandinaviya ölkəsindəki vəziyyətin müsbət istiqamət aldığı əksini tapıb. Məsələn, iyulun 15-də İsveçdə virusdan 115 nəfər həyatını itirmişdi. İki həftə sonra cəmi 2 nəfərin ölümü rəsmiləşdi. Bu mənada 9 ölüm də böyük göstərici sayılmır.

İsveçin baş epidemioloqu Anders Teqnell rəqəmlərin virus strategiyasının doğruluğuna işarə vurduğunu söyləyib. O, hesab edir ki, isveçlilərin məsuliyyətli davranışı da uğura yol açıb. Son nəticədə İsveçin koronavirusa üstün gəlməsi görüntüsü yaranıb.

Bizimyol.info / TurpKimi.com