Həddindən artıq karbohidratlı qidalardan necə uzaq durmaq olar?


Günümüzün ən əhəmiyyətli problemlərindən biri də həyat keyfiyyətinə birbaşa mənfi təsir edən karbohidratlı qidaların normadan çox qəbul edilməsidir.

heddinden-artiq-karbohidratli-qidalardan-nece-uzaq-durmaq-olar
27.03.2021 09:16 2 dəq oxuma

Bildiyimiz kimi,  digər bütün qida qaynaqları kimi karbohidratlar da bədənin əsas enerji qaynağı olan qidalardır. Ancaq alimlər xüsusilə işlənmiş karbohidratların asılılıq yaratdığını düşünür. 

Karbohidrat asılılığı yaradan qidaların önündə isə şokolad, cipsi, dondurma, pizza, südlü şirnilər, kartof qızartması və peçenye kimi karbohidrat dəyəri yüksək olan qidalar göstərilir. 

TurpKimi.com günümüzün əhəmiyyətli problemlərindən biri  olan  karbohidrat asılılığı ilə əlaqədar mütləq bilinməsi lazım olan 5 əhəmiyyətli  bilgini  təqdim edir:

Orqanizmə və gündəlik həyata təsirləri

Karbohidrat istehlak etdikdən qısa müddət sonra özünüzü yorğun və yuxulu, narahat, yorğun və ya stressli hiss edirsinizsə, tez-tez şirin qida yemə istəyi varsa, ac olanda  əsəbi olursunuzsa, tez kökəlirsinizsə, gün ərzində enerji dalğalanmaları yaşayırsınızsa, karbohidratlı və şəkərli qidalar istehlak edirsinizsə, deməli maddələr mübadiləsinə pis təsir edən normadan artıq karbohidratlı qida qəbul edirsiniz. Tez bir zamanda bu problemi həll etməlisiniz. 

İnsanların böyük əksəriyyəti qidaların karbohidrat dəyərlərinə fikir vermədən istehlak edir. Bunun qarşısını almaq üçün gün ərzində istehlak edilən qidaların qida dəyərləri haqqında məlumatlı olmaq lazımdır. Daimi yediyiniz qidaların içərisində karbohidratın hansı miqdarda olduğu haqda məlumat toplamaq mütləqdir. Bunu bilmək sağlam həyat sürməyin əsas açarlarından biridir.  Həm də çəkinizə nəzarət edə bilərsiniz. 

Həddindən artıq karbohidrat ehtiva edən qidalardan uzaq durun

Çörək, kartof qızartması, düyü, makaron, şokolad, cipsi, dondurma, pizza, peçenye, südlü şirnilər, pudinq, meyvə suları, tort, paxlava, cem, mürəbbə kimi qidaların karbohidrat dəyəri yüksəkdir. Bu qidaların nizamlı və həddindən artıq istehlakı karbohidrat asılılığını gücləndirir. Bunun qabağın almaq üçün yeyib-içdiklərinizə diqqət etməlisiniz.  

Yüksək keyfiyyətli karbohidratlar istehlak etmək lazımdır

Yüksək keyfiyyətli karbohidratlar istehlak edərkən orqanizm  ehtiyacı olduğu minerallar və vitaminləri tam alır.  Kəpəkli çörək, tam taxıllı çörək, kəpəkli makaron, soyutma kartof, yarma, yaşıl tərəvəzlər və kəpəkli yulaf yüksək keyfiyyətli karbohidratlı qidalardır. Ancaq aşağı keyfiyyətli karbohidrat qəbul etdikdə qan şəkəri qəfldən yüksəlir və orqanizm bunu tez bir zamanda tarazlamağa çalışır. Ağ çörək, makaron, şokoladlar, cipsi, dondurma, şəkərli şirnilər, qazlı içkilər, ağ şəkər və meyvə suları aşağı keyfiyyətli karbohidratlara nümunədir.

Rəngarəng, çox çeşidli bəslənmək

Balanslı bəslənmə tərzində yüksək keyfiyyətli karbohidratlı qidalarla yanaşı, tərəvəz, meyvə, taxıl bitkiləri və paxlalılara yer vermək, yəni  çox çeşidli bəslənmək əhəmiyyətlidir. Yalnız karbohidrat ağırlıqlı bəslənmək həm sağlamlıq, həm də həyat keyfiyyəti baxımından bir çox problemlərə yol açır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com