Həftənin ilk iş günü hava necə olacaq?


Aprelin 29-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

heftenin-ilk-is-gunu-hava-nece-olacaq-1
28.04.2019 19:45 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək, səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 19-24° isti, Bakıda gecə 10-12° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcək.

Hər gününüz xoş keçsin. 

TurpKimi.com

loading...