Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək yağıntının intensiv olacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumatına əsasən Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.
Eyni zamanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq da verilib. Belə ki, sabah bəzi rayonlarda güclü külək əsəcəyi də gözlənilir.
Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda dekabrın 27-də havanın yağmursuz keçəcəyi, bəzi rayonlara qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununu 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlədə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
TurpKimi.com