Həkim ən təhlükəli qızardılmış qidaları sadalayıb


Bu qidaların ikinci dəfə qızdırılıb yeyilmə təhlükəsi də var...

hekim-en-tehlukeli-qizardilmis-qidalari-sadalayib
22.02.2024 00:10 1 dəq oxuma

Kartof qızartması, qutab və naggetsin tərkibində kanserogenlər - xərçəngin inkişaf riskini artıran maddələr var.

TurpKimi.com bildirir ki, bu barədə “NEWS.ru” portalına terapevt Viktoriya İvanova məlumat verib.

Həkim ən zərərli qızardılmış qidalara əti, qutabı, peraşki və naggetsi daxil edib. Qovurma zamanı onların qabığında kanserogen akrilamid əmələ gəlir. İvanova həmçinin qeyd edib ki, məşhur fransız kartoflarının tərkibində “çoxlu yağ və boş kalori” var ki, bu da çəki artımı riskini yüksəldir.

Həkim əlavə edib ki, qızardılmış qidaları yağda qızdırmaq olmaz. Yeməyi qızartdıqdan sonra qalan yağda qızdırmaq xüsusilə zərərlidir. Onun qızdırılması zəhərli maddələrin ayrılmasına səbəb olur.

Firuzə Alimova / TURPKİMİ.COM