Həkim gecə qarpız yeməyin zərərindən danışdı


"Sudan ibarət meyvədir" deyib səthi yanaşmayın...

hekim-gece-qarpiz-yemeyin-zererinden-danisdi
12.08.2025 01:10 1 dəq oxuma

Gecələr qarpız yemək qlükoza səviyyəsinin kəskin artmasına, toxumalarda artıq mayenin yığılmasına, şişkinliyə  və yuxusuzluğa səbəb ola bilər.

TurpKimi.com xəbər verir ki, bunu həkim Yekaterina Demyanovskaya RİA “Novosti”yə bildirib.

O qeyd edib ki, şəkərli diabet və şəkərə qarşı həssaslığı olan insanlar xüsusi risk altındadır.

“Gecələr qarpız yeməmək üçün digər səbəbi onun sidikqovucu təsiridir. Yatmazdan əvvəl çox miqdarda maye qəbulu böyrəklərdə yüklənmə yaradır, tez-tez tualetə getmək səbəbiylə şişkinlik və yuxusuzluğa səbəb ola bilər”, - Demyanovskaya xəbərdarlıq edib.

Mütəxəssis günün birinci yarısında qarpız yeməyi məsləhət görüb.

Firuzə Alimova / TURPKİMİ.COM