İdman hərəkəti...
“Dartınma məşqləri immun sistemini effektiv şəkildə gücləndirir”.
TurpKimi.com xəbər verir ki, bunu “Sağlam yaşa!” verilişinin efirində immunoloq Andrey Prodeus və terapevt Elena Malışeva deyib.
Terapevtin bildirdiyinə görə, bunun üçün sadə bir məşq kifayət edir. Qarın üstə uzanın, əllərinizi kürəyinizə qoyun və yuxarı qaldırmaqla hərəkət etdirin.
Malışeva qeyd edib ki, dartınma zamanı selikli qişanın immuniteti yaxşılaşır.
İmmunoloqun sözlərinə görə, məşq etməklə bədəndə orqanizmi virus və bakteriyalardan qoruyan ifrazat anticisimlərinin sayı artır. Həmçinin bu hərəkət selikli qişada immun sisteminin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
Firuzə Alimova / TURPKİMİ.COM