Yüngül də olsa narkotik sayılır...
“Marixuana əsaslı dərmanlar nəzarətsiz istifadə edildikdə xəstənin sağlamlığına zərər verə bilər”.
TurpKimi.com xəbər verir ki, bunu Moskva Dövlət Texniki Universitetinin tibb üzrə fəlsəfə doktoru Elena Maslennikova "NEWS.ru"ya məsələ ilə bağlı verdiyi şərhində deyib. Onun sözlərinə görə, belə dərmanların əsas komponenti yüngül narkotikdir, bu da insanlarda asılılıq yarada bilər.
“Bu cür dərmanlar nəzarətsiz və başqa məqsədlər üçün istifadə edildikdə zərər verə bilər. Marixuana yüngül narkotik hesab olunur, bundan sonra daha sərt olanlara keçə bilərsiniz, çünki insan qoruyucu maddə olan endorfin istehsalını dayandırır və nəticədə insanda asılılığa çevrilir”, - deyə Maslennikova bildirib.
Eyni zamanda, o, tərkibində marixuana olan preparatların nadir tapılmadığını vurğulayıb. Onlar bir çox ölkələrdə yayılmışdır, hətta Rusiyada da presedentlər var idi. Onlar xərçəng xəstələrinin müalicəsində, parkinson xəstəliyində analjezik və sedativ təsirlər üçün istifadə olunur. Mütəxəssisin bildirdiyinə görə, yalnız Amerikada onları həkim resepti ilə aptekdən almaq olar.
Firuzə Alimova / TurpKimi.com