Trampın açıqlamasına həkimin cavabı...
"Parasetamol uşaqlarda autizmin inkişafına təsir etmir".
TurpKimi.com bildirir ki, bunu həkim və funksional diaqnostika üzrə mütəxəssis Andrey Kondraxin “NEWS.ru”ya ABŞ prezidenti Donald Trampın müvafiq açıqlamalarını şərh edərkən deyib. Onun sözlərinə görə, parasetamol ağrı və qızdırma müalicəsi üçün ən təhlükəsiz dərmanlardan biridir.
“Parasetamol səhv qəbul edildikdə qaraciyər üçün zəhərli ola bilər, lakin ağrı və qızdırmanın müalicəsində ən təhlükəsiz, qeyri-steroid iltihabəleyhinə dərmandır. Mən dərmanın uşaqlarda autizm yarada biləcəyini göstərən heç bir elmi araşdırma ilə tanış deyiləm. Ona görə də Donald Trampın açıqlamaları tamamilə əsassızdır və elmi dəlil yoxdur", - Kondraxin izah edib.
O qeyd edib ki, parasetamol uzun müddətdir ki, əczaçılıq bazarında mövcuddur və sübut olunmuş təcrübəyə malikdir. Onun sözlərinə görə, dərmannın hətta hamilə qadınlar və mədə xorası olan xəstələr tərəfindən də istifadəsi təsdiqlənib.
Qeyd edək ki, açıqlamalarının birində ABŞ lideri Donald Tramp parasetamolun uşaqlarda autizmin yaranmasının əsas səbəblərindən biri olduğunu bildirib.
Firuzə Alimova / TURPKİMİ.COM