Həmin parazitlər bişirilmə zamanı məhv olmur...
“İnsanlar yaxşı olar ki, toyuq məhsulları ilə diqqətli olsunlar, belə qidalar sağlamlığa zərərli təsir göstərə bilər”.
TurpKimi.com xəbər verir ki, bu fikirləri cərrah Aleksandr Umnov “NEWS.ru”ya bildirib. O qeyd edib ki, toyuğun ağciyərlərində çoxlu sayda parazit və zərərli bakteriyalar var.
“Toyuğun ağciyərlərində və başlarında çoxlu miqdarda parazitlər, zərərli bakteriyalar var ki, onlar bişirilmə zamanı məhv olmurlar. Eyni səbəbdən quyruq hissəsini də yeməmək daha yaxşı olar. Toyuğun qaraciyərini isə yeyə bilərsiniz, lakin mümkün qədər təzə və az miqdarda yeyin, çünki tərkibində çoxlu xolesterin var”, - Umnov əlavə edib.
O xatırladıb ki, toyuğun qaraciyərində çoxlu mis, vitamin B12 və dəmir var, lakin yüksək xolesterinin olması böyrəklərə, həmçinin mədə xorası və qastritə zərərlidir. Həkim onu da vurğulayıb ki, toyuq qaraciyəri üç yaşınadək uşaqlar üçün əks göstərişdir.
“Toyuğun qaraciyərində çox miqdarda A vitamini var. Bu, dəri və saç üçün faydalıdır, lakin bədəndə artıqlığı sürətlə inkişaf edən zəhərlənməyə səbəb ola bilər. Bundan əlavə, A vitamininin artıqlığı beyinə təsir edir və böyüklərdə sümük toxumasının məhvinə, uşaqlarda isə böyümənin geriləməsinə gətirib çıxarır”, - Umnov toyuqlardakı zərərli yerlərlə bağlı fikirlərini yekunlaşdırıb.
Firuzə Alimova / TURPKİMİ.COM