“Koronavirusdan ölüm halları azalıb” - Həkimdən təzadlı fikir - VİDEO


İnfeksionist Azər Nağıyev...

hekimden-tezadli-fikir-koronavirusdan-olum-hallari-azalib
06.04.2021 18:01 1 dəq oxuma

“Koronavirusa yoluxma rəqəmləri bir qədər də artarsa, sərt addımların atılması vacib olar”.

TurpKimi.com xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Azər Nağıyev deyib.

O bildirib ki, avtobuslarda, böyük müəssisələrdə, ictimai və s. yerlərdə yoluxma sayı artır. 
A. Nağıyev onu da qeyd edib ki, korona səbəbindən baş verən ölüm hallarının sayında azalma müşahidə olunub:

“Əvvəlki dalğalarla müqayisədə virusdan ölüm hallarının artması müşahidə olunmur. Hətta deyərdim ki, azalma müşahidə olunur.

Fərqi gənclər arasında yoluxmanın artmasında görə bilərik. Gənc yaşda virus səbəbindən baş verən ölüm halları təəssüf doğurur. Lakin bu, qaçılmazdır. 

Vətəndaşlardan xahiş edirəm ki, vaxtında həkimə müraciət etsinlər. Belə olarsa, ağırlaşmalar və ölüm halları qeydə alınmayacaq”.

TurpKimi.com