İngiltərədə analarının bətnindəykən çox ağır bir əməliyyat keçirən əkiz qardaşlara həkimlər yaşamaq şanslarının olmadıqlarını demişdi. Amma onlar əzmləriylə hər kəsi heyrətə gətirdilər.
İngiltərənin Esseks şəhərində yaşayan Jayde və Markus Vayt Jayde əkiz körpələrinin dünyaya gələcəklərini bildiklərində çox sevinmişdilər.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, həkimlər körpələrin eyni qan dövranı sisteminə malik olduqlarına görəndə ana bətnindəykən ağır əməliyyat ediblər.
Həkimlər əkizlərə bu əməliyyatdan sonra 10 faiz həyatda qalmaq şanslarının olduğu haqda proqnoz verib.
Rokko və Jenson 33 həftədə dünyaya gəliblər və çətin dövrdən sonra sağlam körpələr kimi böyüyüblər.
Əkizlərin hazırda İnstaqramda 120 mindən çox təqibçisi var və qardaşlar eyni zamanda bir çox uşaq məhsulu üçün modellik də edirlər.
Tibdəki yenilik, bol sevgi, əzm və inancla çox şeyin öhdəsindən gəlməyin mümkünlüyünün simvolu olan əkizlər İngiltərə başda olmaqla bütün dünyada çox sevilir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com