Həkimlərdən yeni yayılan virusla bağlı xəbərdarlıq


Son günlər bir çox insanda yüksək hərarət, halsızlıq və öskürək müşahidə olunur. Bu hal əksər insanları təlaşa salıb.

hekimlerden-yeni-yayilan-virusla-bagli-xeberdarliq
13.02.2023 14:25 1 dəq oxuma

Əlamətlər koronavirusla eyni olsa da yayılan virus influenzadır.

Mütəxəssislərin sözlərinə görə, bu iki xəstəliyi bir-birindən ayrımaq qeyri-mümkündür. İnfeksionist Mehriban Əmirova aztv-yə bildirib ki, hər iki virus qızdırma, boğaz ağrısı, burun axıntısı, əzələ ağrısı və digər əlamətlərlə özünü göstərir: "Şəkərli diabeti, ürəyində problemi olan, qaraciyər və ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslərdə influenzanın ağırlaşma riski yüksəkdir".

Əfsuslar olsun ki, bu xəstəliyi ciddiyə almayanlara və ona barmaqarası baxanlara rast gəlinir. Həkimlər hesab edir ki, xəstəliyin ən ciddi ağırlaşma mərhələsi ağciyər iltihabıdır və yuxarı tənəffüs yollarında özünü büruzə verir. Terapevt Nərgiz Kərimova isə deyib ki, yeni yayılan influenzanın A və B formaları var:

"Xəstəliyin A forması daha kəskin keçir. Uşaqlarda daha çox burun axıntısı mövcud olur. Əgər düzgün və vaxtında müalicə olunmazsa, həm uşaqlar, həm də böyüklərdə qulağa verilən ağırlaşmalar olur".

Həkimlərin tövsiyyəsi budur ki, qripə yoluxan şəxslər birmənalı olaraq çoxlu maye qəbul etməlidir. Meyvə və tərəvəzlərdən bol istifadə də vacibdir.

TurpKimi.com