Hələ bir dəfə yeməklə təsirini görəcəyiniz - SEHİRLİ ÇİA TOXUMU


Bir balaca çia toxumunda olan Omeqa 3 yağları qızıl balıqdan 8 dəfə çoxdur...

hele-bir-defe-yemekle-tesirini-goreceyiniz-sehirli-cia-toxumu
04.01.2023 21:36 3 dəq oxuma

Çia toxumları daha çox Meksika və Qvatamelada əkilir. Latıncası “salvia hispanica” olan çia toxumlarının faydaları arasında arıqlamağa olan təsiri, həzm sistemini rahatlaması və sümükləri gücləndirməsi sayıla bilər. Eyni zamanda bir çox vitamin və minerallarla zəngin olan çia toxumları olduqca faydalıdır. Cənubi amerikalıların da tez-tez qəbul etdiyi bu bitki əslində bir çöl bitkisidir. 

Chia toxumunun faydaları nələrdir?

Çia toxumları bitki lifləri, Omeqa-3 yağ turşusu, A, B, D, E, Ca, P, K, Mg və Zn ilə zəngindir. Eyni zamanda dəmir, yod, maqnezium, kükürd, manqan kimi mineral və linoleik turşu ehtiva edər. Lif məzmunu yüksək bir bitkidir. Bu səbəblə təbii qan şəkərini tarazlaşdıran xüsusiyyəti vardır.

Çia toxumu saçları və dırnaqları yaxşılaşdıran, dərini cavanlaşdıran nadir və faydalı bitki növüdür. Bu sehrli toxumu hələ qədim dövrlərdə maya və ink tayfaları yüksək qiymətləndirirdi. Və bu gün elm sübut edib ki, onlar haqlı olub! 

Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bəsləyici dəyəri o qədər yüksəkdir ki, keçmişdə onlardan pul kimi istifadə edilib. Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla və dietik liflərlə zəngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyətə malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitədir.

Çia toxumları o qədər təsirlidir ki, cəmi bir neçə saat ərzində özünü yaxşı hiss etməyə imkan verir. Yeri gəlmişkən qeyd edək ki, maya dilində çia «qüvvə» mənasını verir. Bu, həqiqətən də belədir, çünki çia toxumu qida maddələrinin yüksək məzmunu sayəsində bədənə çoxlu enerji verir.

Bu bitki orqanizm üçün mühüm olan yağların əsas mənbəyidir. Nə qədər qəribə olsa da, balaca çia toxumunda Omeqa 3 yağları qızıl balıqdan 8 dəfə çoxdur. Və bu, hələ hamısı deyil, çia çoxlu zülallar və antioksidantlar ehtiva edir. Bu bəsləyici maddələr sağlamlığınız üçün çox əlverişlidir. Məsələn, bir qram çia toxumunda təzə qaragilədən 4 dəfə çox antioksidant var. Son tədqiqatlar göstərib ki, çia toxumundan mütəmadi istifadə saç və dırnaqların vəziyyətini yaxşılaşdırır. Çia dəri üçün əla vasitədir, çünki onun dəri hüceyrələrini bərpa etmək və yeniləşdirmək xüsusiyyəti var.

Çia toxumu asan həzm olunan bitki zülallarının da əla mənbəyidir. Odur ki, toxumlar bütün həzm yoluna müsbət təsir göstərməklə artıq piy yandırılması prosesini stimullaşdırrır və orqanizmi möhkəmləndirir.

Əgər siz zəiflik və əzginlik hiss edirsinizsə, çia toxumu problemin ən effektli həllidir. Onlar əzələ funksiyasını yaxşılaşdırır və bədənə enerji verirlər. Ona görə də çia toxumunu adətən idmançılar işlədir.

Çia toxumunu bağırsağın funksiyasını təkmilləşdirən 37% qida lifləri təşkil edir. Xüsusilə yoğun bağırsaq xərçəngi ilə mübarizə aparan insanlara qida rasionuna çia daxil etmək tövsiyə edir. Çia toxumları iştahanı boğur, maddələr mübadiləsini artırır, qlikogeni aktivləşdirir və beləliklə də arıqlamaq prosesini sürətləndirir.

Yaşlanmaq, bədəndə sallanma və dəridə qırışların meydana gəlməsini heç kim istəməz. Çia toxumu yüksək nisbətdə antioksidant ehtiva edər. Dərinin cavan qalması və daim yenilənməsi üçün təbii kollagendir. Tərkibindəki antioksidanlar dərini təmir edər, xarici faktorların mənfi təsirindən qoruyar, dərinin erkən yaşlanmasını önləyər. Odur ki, çia toxumunu həm daxilə qəbul etmək olar, həm də maska şəklində dəriyə tətbiqi mümkündür. Heç bir mənfi təsiri yoxdur. 

Çia toxumları gündəlik kalsiuma olan ehtiyacın 18%-ni qarşılayır. Kalsium sümüklərin sağlamlığını, gücünü və kütləsini qorumaq üçün lazımdır. Kalsiumun yanında bor, maqnezium, fosfor və manqan da sümük və əzələləri gücləndirir. Sümüklərlə yanaşı A vitamini, sink, kalsium və fosfor tərkibi ilə dişin quruluşunu və sağlamlığını da qoruyur. Həmçinin ağızdan pis qoxunun gəlməsini əngəlləyir. 

Çia toxumunun gündəlik qəbul edilmə miqdarı 1-2 yemək qaşığı qədərdir. Çia toxumlarını müxtəlif üsullarla istifadə edə bilərsiniz. Məsələn, yeməklərə və ya salatlara, südə, qatığa əlavə etmək olar.

Çianı nə cür istifadə etməyinizdən asılı olmayaraq, onlar istənilən yemək və ya desertin bəsləyici dəyərini artıracaq.



Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 25-05-2021