"Hər dərmanı soyuducuda saxlamayın" - XƏBƏRDARLIQ


Cəmiyyətdə dərmanın soyuducuda saxlanmalı olduğu ilə bağlı səhv inanc var.

her-dermani-soyuducuda-saxlamayin
04.03.2019 18:03 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, mütəxəssislər insanları hər dərmanı soyuducuda saxlamamağı məsləhət görür.

Belə ki, dərmanların soyuducuda saxlanması  dərmanın tərkibindəki aktiv maddənin istifadə müddətinə mənfi təsir edə bilər. 
 
Mütəxəssislərə görə, dərmandan yersiz  istifadə bəzi dərmanlara qarşı müqavimətin yaranmasına, xəstəliklərin təkrarlanmasına, müalicə xərclərinin artmasına səbəb olur.
 
Dərmandan yanlış  istifadə ölümə belə səbəb ola bilər. Bundan əlavə dərmanın istifadəsi qədər saxlanma şəraiti də mühümdür.
 
Dərmanın istifadə qaydası və müddəti, saxlama şəraiti haqqında da əczaçıların üzərinə böyük məsuliyyət düşür. İnsanların çoxu dərmanı soyuducuda saxlayır. Otaq temperaturunda dediyimiz,  25 dərəcədə saxlanacaq dərmanı şkafda qoymaq olmaz. Bununla yanaşı, 7-8 dərəcədə soyuducuda qalacaqsa,  ona da diqqət etmək lazımdır. Hər bir dərmanı soyuducuda saxlamayın. Bəzi ailələrdə soyuducunun sağ tərəfi blok  dərmanlarla doludur.  Belə edərək fəal maddənin istifadə müddətini, dərmanın təsirini azalda bilərsiniz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com