Möcuzəvi düyü resepti nə işə yarayır?
Qış fəslində yığdığı artıq kilolardan qurtulmaq istəyənlər üçün çox sadə və təsirli üsul var. Hər gün 1 ədəd çiy düyü udmaqla iştahınızı nəzarətdə saxlaya bilərsiniz.
TurpKimi.com bildirir ki, arıqlamaq üçün istifadə olunan bu üsul “Düyü kürü” adlanır. Qeyd edək ki, bəhs etdiyimiz üsuldan faydalanmazdan əvvəl həkim-mütəxəssislə məsləhətləşmənizdə fayda var.
Beləliklə, səhərlər düyü udmaqla gün ərzində iştahınızı nəzarətdə saxlamış olacaqsınız. Bu o demək deyil ki, düyü udmaqla yanaşı yüksək kalorili qidalarla qidalana bilərsiniz. Əlbəttə, xeyr! Düyü udduğunuz müddət ərzində yediklərinizə də diqqət etməlisiniz ki, artıq çəkilərinizdən qurtula biləsiniz.
Düyü kürü sayla başlayır. Yəni ilk gün ac qarına 1 ədəd düyü udulur. Növbəti günlər düyülərin sayını bir-bir artırmaqla 30 gün davam edir. 30-cu günün sonunda geriyə doğru davam etməyə başlanır. Yəni hər gün bir-bir azaldaraq düyünü udmağa başlayın. Cəmi 60 gün davam edən düyüudma prosesini gerçəkləşdirərkən, düyünü bir stəkan suyla udmalı, sonra üzərindən daha bir stəkan ilıq su içilməlidir.
Bu müddət ərzində ciddi dietaya ehtiyac olmasa da, yediklərinizin miqdarına diqqət etməkdə fayda var. Düyünü udan insanlar bu proses zamanı iştahlarının azaldığını bildirirlər. Verilən kilolar insandan-insana dəyişə bilər, amma 2 ayda 8-14 kilo arasında arıqlamaq mümkündür.
Firuzə Alimova / TurpKimi.com