Qışda xəstələnməmək üçün orqanizminizi indidən gücləndirməyə başlayın.
Xəstəliklərdən qorunmağın ən gözəl yolu güclü immun sisteminə malik olmaqdır. Bu məqamda sizin köməyinizə hər zaman təbiət gəlir. Təbiətin bizə verdiyi möcuzəvi şəfa qaynağı qidalar bir çoxəstəliyə qarşı qoruyucu qalxandır.
C VİTAMİNİ
Ən yaxşı antioksidant vitaminlərdən biri olan C vitamininin sağlamlığa faydaları saymaqla bitməz. Əsas odur ki, hər gün qidalanmanıza daxil edin və gün ərzində C vitaminli qidalar qəbul etməyi unutmayın.
BETA – KAROTEN
Sarı-narıncı rəngli tərəvəzlərdə olan beta-karoten ən güclü antioksidantlardandı. Həm salatlara bu tərəvəzlərdən əlavə edin, həm də tərəvəz kimi gün ərzində yeməyə çalışın. Kök, ananas, xurma və balqabaq tərkibində ən çox beta-karoten olan meyvə və tərəvəzlərdir.
KEFİR
Bağırsaqların sağlamlığı bütün bədənimizin sağlamlığı deməkdir. Bağırsaqlarda nə qədər probiotik bakteriya varsa, metabolizmamız da bir o qədər güclüdür. Probiotik bakteriyalar antioksidantlar kimi hər növ zərərli hüceyrəyə qarşı mübarizə aparan kçik canlılardır. Bu bakteriyaları artırmaq üçün probiotik qidalar yeməliyik. Kefir və qatıq bu bakteriyalarla zəngin qidalardı. Bununla yanaşı banan, yaşıl soğan, ənginar, sarımsaq və soğan da bu bakteriyaların artmasına kömək edir.
SARIMSAQ
Tərkibində kükürdlü birləşmələrlə yanaşı A, B1 və C vitamini olan möcuzəvi qidadır. Çünki immun sistemini qüvvətləndirən və hüceyrələri qoruyan antibiotik, antirival, antibakterial və antifunqal təsir göstərir. Sarımsağın bu faydalarından yararlana bilmək üçün bütöv deyil, çeynəyib əzilərək yeyilməsi lazımdır. Hər gün bir diş sarımsaq kifayət edir.
QIRMIZI MEYVƏLƏR
Antioksidant miqdarı yüksək olan meyvələrdir. Zoğal, çəhrayı qreyfrut, çuğundur və nar meyvəsinin tərkibində likopen və antosiyanin maddəsi var. Bunlar təkcə immun sistemini deyil, xərçəng və ürək xəstəliklərinə qarşı da qoruyur.
ZƏNCƏFİL
Kəskin dadı və ətri ilə bir çox yerdə istifadə edə biləcəyiniz tərəvəzdir. Tənəffüs yollarını açan, həzmi nizama salan, toksinləri atan, köpün qarşısını alan və antiseptik özəllikləri vardır. Yeməklərdə, salat və çay süfrələrində istifadə edilə bilər.
OMEGA - 3
Ən dəyərli yağ olan omega-3 yağ turşusu immun sistemi, beyin və sinir sistemi, psixoloji vəziyyət, ürək-damar sağlamlığı üçün olmazsa olmaz qidalardandır. Həftədə mütləq 2 gün balıq yeməyə çalışın. Balıqda omega-3 yağından başqa, orqanizmdə yaranmayan digər amin turşuları da var ki, bunlar hüceyrələrimizin yenilənməsi və yaşlanmaya qarşı faydalıdır.
BETA – QLUKAN
Karbohidratın bir növüdü və sağlamlığınız üçün çox faydalıdır. Suda həll olunan beta-qlukan həm bağırsaqların sağlamlığı, həm də immun sistemi üçün güclü təsirə malikdir. Yulaf və çörək mayasında olan beta-qlukan ayrılı da satılmaqdadır. Ancaq siz qidalanmanıza yulaf yarmasını əlavə etməklə beta-qlukan qəbul etmiş olursunuz. Yulaf xolestrol və qan təzyiqini aşağı salır, qlisemik indeksi aşağı olduğu üçün qan şəkəri olanlar üçün də faydalı karbohidratdı. Yulafı səhər və günorta yeməklərində, həmçinin şirniyyatlarda istifadə edə bilərsiniz.
OOLONG ÇAYI
Düzgün şəkildə dəmlədikdə və uyğun miqdarda içildikdə çay bizim üçün antioksidant təsirə malikdir. Tərkibindəki fenolik komponentlərin xroniki xəstəliklərə qarşı qoruyucu təsiri var. Oolong çayının antioksidant təsiri isə daha çoxdur, çünki bunu qara və yaşıl çayın qarışımı kimi düşünə bilərsiniz. İmmun sistemini gücləndirmək üçün bitki çaylarına oolong çayını əlavə etməyi unutmayın. Oolong çayının tərkibində kafein var, amma rooibus çayında kafein yoxdur. Rooibus çayının da antioksidant səviyyəsi yüksəkdir və tərəddüd etmədən uşaqlara içizdirə bilərsiniz.
SİNK VƏ SELENİUM
İmmun sistemi üçün ən vacib minerallardan biridi. Selenium dəniz məhsulları, ət, soğan və sarımsaqda var. Sink isə balqabaq tumu, hinduşqa əti, quzu əti, qulançar və göbələkdə olur. Bu mineralların antioksidant təsiri yüksəkdir və orqanizmdə toksinlərə qarşı mübarizə aparan hüceyrələri gücləndirir.
Firuzə Alimova / TurpKimi.com