Hər gün 1 stəkan içərək immunitetinizi gücləndirin  - Möcüzəvi kokteyl


Koronavirus epidemiyasından qorunmaq üçün immuniteti gücləndirmək mütləqdir. 

her-gun-1-stekan-icerek-immunitetinizi-guclendirin
11.02.2022 14:39 2 dəq oxuma

Orqanizmin müqavimətini artırmaq üçün sarıkök, zəncəfil, kərəviz sapı, cəfəri, limon və kökdən ibarət kokteyl hər kəsin evində asanlıqla hazırlaya biləcəyi vitamin və mineral anbarıdır. Zəncəfil və sarıkök xüsusilə ağrılara yaxşı təsir edir, öskürəyi azaldır, müqaviməti artırır. Bundan əlavə çox yaxşı bir antioksidantdır. 

TurpKimi.com sınaqdan keçirilmiş  möcüzəvi kokteylin hazırlanma qaydasını təqdim edir:

Ərzaqlar:

1 çay qaşığı sarıkök tozu və ya rəndəsi
Bir çay qaşığı zəncəfil tozu və ya rəndəsi
6-7 kərəviz sapı
3 ədəd kök
3 dilim qabıqlı limon
Bir neçə tel cəfəri
1 stəkan su

Rəndələnmiş sarıkökün (zərdəçal) içinə bir çay qaşığı zəncəfil əlavə etdikdən sonra 6-7 kərəviz sapı əlavə edirik.
Kərəviz sapı enerjimizi artıraraq həm gümrah qalmağı  təmin edər, həm də içərisindəki A, C vitaminləri və kalium sayəsində yaxşı bir vitamin və mineral anbarıdır.

Antioksidant xüsusiyyəti sayəsində bədəndəki sərbəst radikallarla mübarizəyə girərək bədən müqavimətini artırıb immuniteti qüvvətləndirər.

Kök və limon qabığı da çox faydalıdır 

Kökə narıncı rəngi verən beta-karoten xərçəngə qarşı çox yaxşı antioksidantdır. Hazırladığımız qarışığa 3 dilim də qabıqlı limon əlavə edirik.

Limon qabığı çox yaxşı antiseptik xüsusiyyətə malikdir və həm də çox yaxşı bir C vitamini anbarıdır. Təbii antibiotikdir. Bədəni infeksiyalara qarşı qoruyur.

Hazırlanan qarışığa son olaraq bir neçə tel cəfəri əlavə edirik. Cəfəri də həzm sisteminə yaxşı təsir edir, ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. 

Hazırlanan qarışığın üzərinə 1 stəkan su əlavə edərək blenderdan keçirdirik. Şəfalı kokteyldən hər gün 1 stəkan içərək  bədən müqavimətini artıraraq immuniteti gücləndirir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 25-03-2021