Hər gün “Coca-Cola” içdikdə orqanizmdə nə baş verir?


Bu içkidən imtina edə bilməyənlərə məsləhət...

her-gun-coca-cola-icdikde-orqanizmde-ne-bas-verir
21.11.2023 00:51 1 dəq oxuma

Dünyada milyonlarla insan hər gün “Coca-Cola” məhsullarından istifadə edir. “Coca-Cola” içməyi gündəlik vərdiş halına gətirsəniz, bədəndə nə baş verəcəyini heç düşünmüsünüz?

TurpKimi.com bildirir ki, “Eat This, Not That” sağlamlıq ekspertlərinin araşdırmalarına və şərhlərinə istinadən “Coca-Cola”nin 5 məni təsiri barədə yazıb:

- Yüksək və aşağı qan şəkəri səviyyələri (standart qablaşmada sadə “Coca-Cola” demək olar ki, 39 qram şəkər ehtiva edir ki, bu da tövsiyə olunan gündəlik dəyərin təxminən 77%-ni təşkil edir; bir neçə qurtum güclü şəkər axınına səbəb olur);

- İkinci tip diabetin inkişaf riski;

- Diş problemləri (içkinin qəhvəyi rəngi uzun müddət istifadə zamanı  sarımtıl-qəhvəyi rəngli çürük dişlərə səbəb olur);

- Yaşanacaq ömrün azaldırlması; müntəzəm olaraq “Coca-Cola” içmək potensial ömrünüzü qısalda bilər.

- Piylənmə riski; “Coca-Cola” şəkər əlavə edilərək hazırlanır və tərkibində lif, zülal və ya sağlam yağ yoxdur.

Mütəxəssislər vurğulayırlar ki, əgər insan həqiqətən də bu içkini sevirsə və ondan imtina edə bilmirsə, onu normada içməyə çalışmalıdır.

Firuzə Alimova / TURPKİMİ.COM