Hər gün milyonlarla insan bu həqiqətləri bilmədən yeyir - Qidalarla bağlı ilginc gerçəklər


Yer fıstığının içində almazın olduğunu bilirdiniz?

her-gun-milyonlarla-insan-bu-heqiqetleri-bilmeden-yeyir
20.08.2019 22:12 4 dəq oxuma

İnsan orqanizminin ehtiyac duyduğu bir çox maddənin qaynağı qidalardı. Hər gün və heç düşünmədən yeyilən bəzi qidalar elə qəribə sirlər daşıyır. Bəzən ləzzətlidir deyə yediyiniz qidaların sağlamlıq yerinə zərər verdiyini bilirik, amma yenə də yeyirik. Nəticədə xəstəliklərin təməlində bu faydasız qidalar dayanır. Amma bəzi qidalar var ki, tərkibindəkiləri təxmin belə edə bilmərsiniz.

- İngiltərədə yerləşən Milli Kök Muzeyinin məlumatına görə, gerçək kök bənövşəyi rəngli və kökü ağ rəngdə olan tərəvəz idi. 16-cı əsrin sonunda baş verən genetik mutasiya nəticəsində narıncı köklər yarandı. Kim bilərdi ki, bu rəngdə olan köklər originalını üstələyib keçəcək.

- Kartoflar tərkibində olan yüksək miqdarda su və kimyəvi maddələrdən dolayı insanlar kimi simsiz internet siqnallarını udub əks etdirə bilirlər. Hətta “Boeing” firması 2012-ci ildə təyyarələrdə internet xidmətini test edərkən oturacaqlara bir torba kartof yerləşdirib.

- Heç çiy istridyə yemisiniz? Əgər yemisinizsə, bilməlisiniz ki, o yeyildiyi zaman hələ də canlı olur. Çünki istridyə ölən kimi xarab olmağa başlayır. Lakin istridyənin mərkəzi sinir sistemi yoxdur, ona görə də ağrı hiss etməzlər.

- Bir vaxtlar insanlar pomidorun zəhərli olduğunu zənn edirdi. Hətta 18-ci əsrdə İngiltərədə pomidora “zəhərli alma” deyilirdi. Çünki aristokratlar pomidor yeyən kimi əksəriyyəti xəstələnir və ya ölürdü. Amma bunun yeganə səbəbi təkcə pomidor deyil, aristokratların istifadə etdiyi qablar idi. Pomidorun turşusu qurğuşun və qalaydan olan qablardakı zərərli maddələri üzə çıxarır və zəhərlənməyə səbəb olurdu.

- Təzə tər meyvələrin nə qədər faydalı olduğunu hər birimiz bilirik. Lakin araşdırmalar dondurulmuş meyvlərin də təzələr kimi, hətta bəzən onlardan daha çox faydalı olduğuna işarə edir. Meyvəni təzə halda dondurduqda tərkibindəki E vitamini, kalsium və dəmir kimi maddələr uzun müddət qalır. Üstəlik dondurulmuş meyvələri bütün mövsümlərdə yeyə bilirsiniz.

- Suşiylə birlikdə yediyiniz yaşıl acı sousun vasabi olduğunu düşünürsünüz, amma çox yanılırsız. Böyük ehtimalla bu, yaşıl qida boyası əlavə edilmiş xrendir. Gerçək vasabinin 1 kiloqramı 160 dollardan başlayaraq satılır. Bu isə sadəcə çox lüks restoranlarda olur.

- Yediyiniz hər banan əslində klondur. Dünya miqyasında 1000 növ fərqli banan olsa da, bu gün banan kimi tanıdığımız sarı meyvə “Cavendish” növünün genetik klonudu. Çünki digər banan növləri ilə müqayisədə daha dayanıqlı olan bu növün tumu yoxdu və ona görə də artması üçün klonlaşdırılması lazımdı. Alimlər yaxın vaxtlarda genetik müxtəliflikdən yoxsul olan bananların nəslinin tükənə biləcəyinə dair açıqlamalar verib.

- Ananas yedikdən sonra başqa bir şeyi yedikdə dadını ala bilmirsinizsə, demək dilinizdəki dadbilmə reseptorları zədələnib. Lakin narahat olmayın, bu hiss sadəcə bir neçə saat davam edəcək. Bunun səbəbi ananasın içində olan və proteinlərin həll olunmasında rol oynayan bromelain maddəsidi.

- Böcəkdən əldə edilən həm kosmetikada, həm də qida sənayesində istifadə olunan digər maddə şellakdı. Eyni adı daşıyan böcəyin sekresiyasından əldə edilən bu maddə səthi parlaq olan qida və dırnaq boyalarında rast gəlinir.

- Uşaqlıqdan bizə şirniyyat yedikdə dişlərimizin çürüdüyünü deyərdilər. Amma dişlər üçün daha zərərli qidalar var. Məsələn, krakər... Çünki dişlər üçün turşu şirindən daha zərərli təsirə malikdir. Yediyimiz krakərlər dişlərimizə yapışır və uzun müddət bakteriyaların orda qalması üçün münbit şərait yaradır.

- Avtomobil və meyvəli yumşaq şəkərlərin ortaq bir nöqtəsi var: ikisi də xarici səthlərinin parıldaması üçün karnauba tozu adlanan maddə ilə cilalanır. Günəş kremlərində və boyalarda da olan bu maddə məhsullara ağ rəng verən titan di-oksiddir. Bu maddədən bəzən salat souslarında və qəhvə kremalarında  da istifadə edilir.

- Almaniyada yerləşən Bayreisches Geoinstitutun alimləri əzilmiş yer fısıtığının tərkibindən ayrılan yüksək miqdarda  karbonun almaza çevrilə biləcəyini kəşf edib. Bunun üçün lazım olan şey yer fıstığı əzməsinin içərisindəki karbon di-oksid molekullarının içindən oksigeni çıxarıb çox yüksək təzyiqə məruz qoymaqdır.

- İki xörək qaşığından çox muskat qozu (hind qozu) yesəniz, ürəyiniz bulanar, başınız fırlanar, beynin funksiyaları yavaşlayar.

- Meyvəli buzlu dondurmalar 11 yaşlı bir uşaq tərəfindən təsadüfən kəşf edilmişdir. 1905-ci ildə Frank Epperson adlı bir uşaq qazlı su içində meyvə olan stəkanı yadından çıxarıb çöldə qoyur. Səhər oyananda bu qarışımın donduğunu və çox ləzzətli olduğunu görür. Yaz-yay aylarında San Fransiskoda satmağa başladığı bu kəşf bir müddətdən sonra bütün dünyaya yayılır.

Firuzə Alimova / TurpKimi.com